Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vostoçnıy adası
Vostoçnıy adası — ada Şimal Torpağının cənubunda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində yerləşir. Ada Opasnıe adalarına daxildir. Vostoçnıy adasından 1,4 km qərbdə Zapadnıy adası yerləşir. Yaxınlığındakı adalar: Bolşevik — 45 km şərqdə, Oktyabr İnqilabı adası — 50 km şimalda, Krasnoflotskie adaları — 25 km şimal-şərqdə. Ada Kara dənizinin şelf zolağı ilə uzanan sualtı silsilənin səthə çıxdığı yerləşir. Ada naviqasiya üçün təhlüləlidir. Maksimal hündürlüyü 14 metrdir.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.
Vostoçnıy adası (Sedov arxipelaqı)
Vostoçnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Arxipelaqın şərqində yerləşir. Vostoçnıy adasından qərbdə Fiqurnıy adası yerləşir. Ancaq faktiki olaraq bu adalar bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir. Oktyabr İnqilabı adasında yerləşən Paris Komunası yarımadasından 5,1 km şimalda yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru 6,3 km məsafədə uzanır. Eni 5,2 km-dir.