Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vienna
Vyana (alm. Wien‎, ing. Vienna) — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyidir. Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir.
Vyenna
Vyenna (fr. Vienne) — Fransanın qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 86. İnzibati mərkəzi —Puatye. Əhalisi — 438 566 nəfər (departamentlər arasında 56-cı yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6990 km². Departamentin ərazisində Vyenna və Şaranta çayları axır. Departamentə 3 rayon, 38 kanton və 281 kommun daxildir. == Tarixi == Vyenna — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Adı Vyenna çayından gəlir.
Venlo
Venlo - Niderlandda yerləşən şəhər. == Coğrafiya və etnoqrafiya == Venloda şəhər əhalisi əsasən niderlandlıdılar. Ancaq onlarla yanaşı almanlar, türklər və mərakəşlilərdə sayca çoxluq təşkil edir.Əsas din cərəyan katoliqlərdir. == Tarixi == Şəhər XI əsrdə yaradılıb. Hanza ittifaqına daxil olub. 1839-1866-cı illərdə Lüksemburqun tərkibinə daxil olub.Sonradan Niderlanda qaytarılıb. I və II dünya müharibəsində Almaniyanın əsas hava aviasiyası burda yerləşib. == İqtisadiyyat və nəqliyyat == Əsasə ticarət şəhəridir. Buraya Fransa və Almaniyadan çoxlu turistlər gəlir. Dəmir və avtomobil yolları ilə Avropanın digər şəhərləri ilə əlaqə saxlanılır.
Venon
Venon (fr. Venon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d'Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38533. Kommunanın 2012-ci il üçün əhalisi 732 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km şərqdə yerləşir.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Vonna
Vonna (fr. Vonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şantiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01457. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 2790 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15–64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 76,4%, 1999-cu ildə 80,5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Windows Vienna
Windows 7 — Microsoft tərəfindən hazırlanmış Windows NT əməliyyat sisteminin əsas buraxılışıdır. O, 22 iyul 2009-cu ildə istehsala buraxıldı və 22 oktyabr 2009-cu ildə ümumi istifadəyə verildi. Bu, təxminən üç il əvvəl buraxılmış Windows Vista-nın varisidir. O, fərdi kompüterlərdə, o cümlədən ev və iş stolüstü kompüterlərində, noutbuklarda, planşet kompüterlərində və media mərkəzi kompüterlərində istifadə üçün əməliyyat sistemi olaraq qaldı və özü 2012-ci ilin noyabrında məhsulun üç ildən çox müddətə işləndiyi Windows 8 ilə əvəz olundu. 9 aprel 2013-cü il tarixinədək Windows 7-nin orijinal buraxılışına yeniləmələr və texniki dəstək daxildir, bundan sonra istifadəçilərin dəstək və yeniləmələri alması üçün Service Pack 1-in quraşdırılması tələb olunurdu. Windows 7-nin server həmkarı Windows Server 2008 R2 eyni vaxtda buraxıldı. Genişləndirilmiş dəstək Windows 7-nin buraxılmasından on il sonra, 14 yanvar 2020-ci ildə başa çatdı, bundan sonra əməliyyat sistemi əlavə yeniləmələri almağı dayandırdı. Müəssisələr üçün ödənişli dəstək proqramı mövcud idi və Windows 7 üçün təhlükəsizlik yeniləmələrini rəsmi istifadə müddəti bitdikdən sonra üç ilə qədər təmin edirdi. == Modifikasiyaları == Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin aşağıdakı modifikasiyaları var: === Windows 7 Starter Edition === Windows 7- in ilkin versiyası sayılır.
Yuxarı Vyenna
Yuxarı Vyenna (fr. Haute-Vienne, oks. Nauta-Vinhana) — Fransanın qərbində yerləşən, Yeni Akvitaniya regionun depatametlərindən biri. Sıra nömrəsi — 87. İnzibati mərkəzi — Limoj. Əhalisi — 384 781 nəfər (departamentlər arasında 64-cü yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 5520 km². Departamentin ərazisində Vyenna və Şaranta çayı axır. Departamentə 3 rayon, 42 kanton və 201 kommun daxildir. == Tarixi == Yuxarı Vyenna — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir.
Vonn
Vonn (fr. Vongnes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01456. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 74 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 45 nəfər arasında (15-64 yaş) 26 nəfər İqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 57.8%, 1999-cu ildə - 72.4%). Aktiv sakinlərdən 26 nəfəri (15 kişi və 11 qadın) çalışdı, işsizlər yox idi. 19 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
II Vonon
II Vonon — 51-ci ildə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. II Vononun adı yalnız Korneli Tasit tərəfindən çəkilir. O, Vononun taxta çıxmazdan əvvəl Midiya hökmdarı olduğunu iddia edir, lakin onun arşakilərlə hansı qohumluq əlaqələrinə malik olduğunu dəqiqləşdirə bilməmişdir. İosif Flavi Vononun adını ümumiyyətlə çəkmir. Onun sözlərinə görə, II Qotarzın yerinə bilavasitə qardaşı I Vologez gəlmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Дибвойз Н. К. Политическая история Парфии / Пер. с англ., науч. ред. и библиографич.
Moeno Sakaquçi
Moeno Sakaquçi (d. 4 iyun 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.
Villar-Bonno
Villar-Bonno (fr. Villard-Bonnot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38547. Kommunanın 2012-ci il üçün əhalisi 7325 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 448 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənubda, Qrenobldan 14 km şimal-qərbdə yerləşir.
Yasuyuki Konno
Yasuyuki Konno (d. 25 yanvar 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 87 oyun keçirib, 2 qol vurub.
Yuyko Konno
Yuyko Konno (d. 10 oktyabr 1980) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Enno Littmann
Enno Littmann (alm. Ludwig Richard Enno Littmann‎; 16 sentyabr 1875 - 4 may 1858) — Almaniya dilçisi və şərqşünası. == Həyatı == Enno Littmann 16 sentyabr 1875-ci ildə Şimali Almanyanın Oldenburq şəhərində doğuldu. Atasının yabançı dillərə ilgi duyan və evində dillə ilgili müxtəlif kitablar saxlayan bir mətbəəçi olmasının da təsiriylə hələ lisey şagirdi ikən Yunanca, Latınca, Fransızca, İngiliscə, İtalyanca, İspanca və Ortaşərq dillərinin əsaslarını öyrəndi; ayrıca yay tətillərində getdiyi qohumlarının yanında Şimali Almancası ilə fasih Almanca arasındakı fərqliliklər üzərinə çalışdı. 1895-1898-ci illərdə Berlin, Greifswald, Halle və Strasburq universitetlərində dilçilik oxudu; ən önəmli müəllimləri Sami dilləri və əruz mütəxəssisi Franz Praetorius, ilahiyatçı və tarixçi Emil Kautsch, tarixçi Eduard Meyer, Germanist Otto Bremer və Həbəş dilləri mütəxəssisi Avqust Dilmanndır. 1898-ci ildə İbranicə və din dərsləri müəllimliyilə Almanca, Latınca və İngiliscə tələbə yardımçılığı imtahanlarını qazanan Littmann, bir neça ay sonra Həbəşistanın Tigre dilində feillər üzərinə hazırladığı dissertasiya ilə dilçilik doktoru oldu və Strasburq Universitetində Teodor Nöldeke ilə birlikdə çalışmağa başladı. 1899-1900-cü illərdə Amerika Princeton Universitetinin Orta Şərqə hazırladığı arkeoloji bir araşdırma gəzintisinə qatıldı. 1901-ci ildə bu universitetinin Şərq dilləri bölümünə müəllim təyin edildi və 1906-cı ilə qədər vəzifəsini sürdürdü; bu arada 1904-1905-ci illərdə ikinci dəfa Suriya və Fələstinə bir araşdırma gəzintisi etdi. 1906-cı ildə Strasburq Universitetində Nöldekedən boşalan Şərqşünaslıq Mərkəzinin müdirliyinə gətirildi və 1951-ci ildə buradan əməkliyə ayrıldı. Uzun akademik həyatı boyunca Göttingen, Bonn və Tübingen universitetlərində qısa müddətlərlə müəllim olaraq çalışdı; konfranslar vermək və Qahirə Akademiyasının toplantılarına qatılmak üzrə sıx-sıx Misirə getdi.
Venn diaqramı
Venn diaqramı və ya Eyler-Venn diaqramı — ən fundamental çoxluq göstərilmə sxemlərindəndir. Diaqramda bir neçə mövcud olan kəsişmiş çoxluq göstərilir. Burada, adətən, 3 çoxluq göstərilir. Dairə şəklində göstərilir. Venn sxeminin çəkilməsi çox asandır. Venn sxeminin əsasını ingilis alimi Con Venn (1834—1923) qoymuşdur. Con Venn bu diaqramı 1881-ci ildə Londonda nəşr etdirdiyi "Simvolik məntiq" kitabında göstərmişdi. Venn diaqramı adlandırılarkən böyük hərflərdən istifadə edilir. Ümumiyyətlə, Venn diaqramı əməliyyatlı çoxluqlarda istifadə edilir. Bu çox rast gəlinən bir amildir.
Qabriel Bonno de Mabli
Qabriel Bonno de Mabli (fr. Gabriel Bonnot de Mably; 14 mart 1709[…], Qrenobl – 2 aprel 1785, Paris) — fransız filosof, tarixçi və yazıçı; Abbé de Mabli adı ilə də tanınır. Qısa müddət ərzində diplomatik korpusda xidmət edib. O, XVIII əsrin tanınmış yazıçısıdır. == Həyatı == Qabriel Bonno de Mabli zadəgan ailəsində anadan olmuş və dini təhsil almışdır. Ruhani olmaqdan imtina edərək antik ədəbiyyat, tarix və fəlsəfəni öyrənməklə məşğul olmuşdur. Tarix, beynəlxalq hüquq, əxlaq və siyasət haqqında bir çox əsərlər yazmışdır. Onun siyasi və hüquqi təlimi Russo və Morellinin nəzəriyyələrinin təsiri altında formalaşmışdır.