Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volkov
Volkov — Ruslarda daha çox işlədilən soyad. Nikolay Volkov (böyük) — aktyor (1900–1985) Nikolay Volkov (kiçik) — aktyor (1934–2003) Vladimir Volkov — Aktyor Oleq Volkov — Rusiya publisisti.
Mariya Volçkova
Mariya Volçkova (d. 12 aprel 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Mariya Volçkova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Mariya Volçkova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Adrian Volkov
Adrian Markoviç Volkov (rus. Адриан Маркович Во́лков; 1829 və ya 19 (31) avqust 1827, Nijeqorod quberniyası[d] – 1873 və ya 1 (13) fevral 1873, Sankt-Peterburq) — Rusiya janr rəssamı. == Həyatı == Adrian Volkov. A.S.Puşkinin son atəşi 1841-1861-ci illərdə Volkov Rəssamlıq Akademiyasında oxudu. 1855-ci ilə qədər Adrian professor Fyodor Bruninin yanında tarixi rəsm dərslərinə yiyələnirdi, daha sonra "xalq səhnələrinin boyanması" sinfinə keçdi. 1852-ci ildə Kiçik Gümüş Medal, 1853-cü ildə Böyük Gümüş Medal qazandı. 1855 və 1857-ci illərdə kiçik gümüş medallar aldı. 1858-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" rəsminə görə Akademiyanın Kiçik Qızıl Medalı ilə mükafatlandırıldı. 1860-cı ildə "Dayandırılmış nişan" rəsm əsərinə görə Qızıl Medalla təltif edildi. 1861-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" əsərin görə sinif rəssamı adını aldı.
Oleq Volkov
Oleq Vasilyeviç Volkov (8 (20) yanvar 1900, Sankt-Peterburq – 10 fevral 1996[…], Moskva) — Rusiya publisisti. Oleq Vasilyeviç Volkov 21 yanvar 1900-cu ildə Sankt-Peterburqda dvoryan ailəsində doğulmuşdu. V.Nabokovla birlikdə Tenişev məktəbini bitirmiş, Moskvada Nansenin diplomatik missiyasında, Aclara kömək komitəsində tərcüməçi işləmişdir. Vətəndaş müharibəsində ağlar tərəfdən vuruşduğuna görə 1928-ci ildə həbs olunmuş, 27 il həbs və sürgün həyatı keçirmiş, 1955-ci ildə bəraət almışdır. İngilis və fransız dillərini gözəl bilən Volkov həmin dillərdən rus dilinə, rus dilindən fransız dilinə tərcümələr etmişdir. “O dolu düşməliydi…” (1974), “Cığırın sonunda” (1977), “Kudeyarın xəzinəsi” (1963), “Orada hər bir daş canlıdır” (1985), “Belə olmaz, qadağandır” (1976), “Hamı cavabdehdir” (1989) və s. kitabların müəllifidir. Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülmüş yazıçı 1996-cı ildə Moskvada vəfat edib. O.Volkov “Zülmətə eniş” (və ya “Zülmətə enərkən”) xatirə-romanında Azərbaycan milli mübarizləri mövzusunu hələ 1928-ci ildən, Butırka həbsxanasında onlarla tanış olduğu vaxtdan diqqətdə saxlamış, bir sıra müsavatçılarla dost olmuşdur. O, xalqımızın davranışına, özünü ləyaqətlə aparmasına, azərbaycanlıların həmrəyliyinə və birliyinə, bir-birinə münasibətlərinə yüksək qiymət vermişdir.
Volkov (Avurğazı)
Volkov (başq. Волков, rus. Волково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tukay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 50 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (88%) üstünlük təşkil edir.
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Volkov-Remi binası
Volkov-Remi binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində bir mərtəbəli bina. Şmidt küçəsi, ev 16 ünvanında yerləşir. Bina 1802-ci ildə inşa edilmişdir. qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. İki mərtəbədən ibarət olan bina 1802-ci ildə inşa edilmişdir. Bina ampir stilində inşa edilmişdir. Layihəsinin müəllifi təlum deyildir. Əvvəllər binanın yerində bağ olmuşdur. Volkovlar binaya XX əsrin əvvəlırinə qədər sahib olmuşdur. Bundan sonra binanı Nikolay Aleksandroviç Remi satın almışdır.
Votkom qraflığı (Vaşinqton)
Votkom (ing. Whatcom) — ABŞ-nin Vaşinqton ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 201.140 nəfər olmuşdu. Ən böyük şəhəri və inzibati mərkəzi Bellinqham şəhəridir. Dairə 9 mart 1854-cü ildə İsland qraflığının ərazisində yaradılmışdır. Adın mənşəyi Lummi dilindəki Xwotʼqom sözündən götürülmüşdür və mənası "gurultulu su" deməkdir. Qraflığın şimal sərhəddi Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə olan beynəlxalq sərhəd təşkil edir ki, burada 4 Kanada şəhəri ilə qonşudur : Delta, Vayt Rok, Surrey, Lenqli. Qraflıq ilə Kanada arasında 5 sərhəd keçid məntəqəsi var : 2 ədəd Bleyndə, 1 ədəd Lindendə, 1 ədəd Sumas və 1 ədəd Poynt-Robertsda. ABŞ Siyahıyaalma Bürosu məlumatlarına görə qraflığın ümumi ərazisi 6483 km² olub, bunun 5457 km² quru, 1026 km² isə sudur.
Tolman-Openhaymer-Volkov tənliyi