Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Volnistı burnu
Bolnistıy burnu (rus. Волнистый) — Çukot yarımadasının şimalında yerləşir. Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisinə daxildir. Çukot dənizi sahilində, Çequtun çayı mənsəbindən 10 km cənub-şərqində yerləşir. Sahilində bir çox quşlar yuva qurur.
Fort-Volkott
Fort-Volkott (ing. Fort Wolcott) — Rod-Aylendin Nyuport şəhərindən 1 mil qərbdə, Narraqansett körfəzinin Nyuport limanında kiçik Qot-Aylend adasında istehkam. "HMS St John " və "HMS Liberty" gəmilərinə hücumlar qalanın yaxınlığında baş vermişdir. == Tarixi == 1702-ci və ya 1703-cü ildə İspaniya mirası uğrunda müharibə zamanı Qot-Aylenddə adasında tikilmiş, torpaqdan hazırlanmış Fort-Enn Britaniya kraliçası Anananın adını daşıyıryı. 12 silahı olan qala 1724-cü ilə qədər davam fəaliyyət göstərmişdir. 1730-cu ildə qala Böyük Britaniya kralı II Georqun şərəfinə Fort-Corc adı ilə xidmətə qayıtmışdır. 1738-ci ildə Rod-Aylendin müdafiəçiləri ərazidə bəlkə də əlli silahla daş istehkam inşa etmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Wade, Arthur P. Artillerists and Engineers: The Beginnings of American Seacoast Fortifications, 1794-1815. CDSG Press. 2011.
Sinyaya veçnost (mahnı)
Sinyaya veçnost - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının sözləri və bəstəsi Müslüm Maqomayeva, aranjemanı isə Qara Dərvişə aiddir.
Sokolkskaya volos
Sokolkskaya volos-(latış. Sokolku pagasts‎) -Vilyansk əyalətinin 3 hissəsidir. Strupli kəndinin mərkəzində yerləşir. Əyalətin cənub-şərqində yerləşir. Şərqdə Sakstaqal Rezeknensk əyalətinin, cənubda Silmalsk Rezeknensk əyaləti, qərbdə və şimalda isə Vilyansk ilə Vilyansk əyalətinin şəhəri ilə sərhədlənir. 2011 ci ildə əhali 745 nəfər olmuşdur. 70,60%-ni ruslar, 27,25%-i isə latışlardan ibarətdir.
Vilyam Volos
Vilyam Volles (ing. Sir William Wallace; 3 aprel 1270 – 23 avqust 1305) — kral I Edvarın dövründə İngiltərəyə qarşı aparılan mübarizədə xalqa öndərlik edən şotland cəngavər. Şotlandiyanın ən böyük milli qəhrəmanlarından biri olan Vilyam Volles ölkənin ingilis asılılığından xilas olması üçün aparılan mübarizənin ilk illərində Şotland müqavimət qüvvələrinə rəhbərlik etmişdi. Tarixçilər Vilyam Vollesi soylu nəsildən gələn Robert Bryus kimi zadəganlara zidd şəxsiyyətlərdən biri hesab edirlər. Bəzi tarixçilər Vilyam Vollesin 1270-ci ildə anadan olduğunu iddia edir. XVI əsrə aid olan Vilyam Vollesin tarixi və şotland hadisələri (ing. History of William Wallace and Scottish Affairs) kitabında isə 1276-cı ildə anadan olduğu yazılmışdır. Dəqiq sübutlar olmadığı üçün Vilyam Vollesin doğum yeri və tarixi mübahisəlidir. Tarixi mənbələrə görə onun doğum yeri Renfevşirdəki Peysli yaxınlığındakı Eldirslidir. Buna baxmayaraq bəzi bioqraflar Vilyam Vollesin doğum yerinin Eyrşirdəki Kilmernok yaxınlığında olduğunu qeyd etmişlər.
Volnat-Krik (Arizona)
Volnat-Krik (ing. Walnut Creek) — ABŞ-nin Arizona ştatında Mohave qraflığında qeyri-korporativ icma və siyahıyaalma tərəfindən təyin edilmiş yerdir (CDP). 2020-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 571 nəfər idi.