Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nordovıy
Nordovıy — Daimi yaşayış yeri olmayan, dəniz quşlarının məskən saldığı ada. Ada Xəzər dənizinin qərbində Kizlyar körfəzində yerləşir. İnzibati cəhətdən Rusiya federasiyası Dağıstan Respublikası ərazisinə daxildir. Bryansk burnundan 15 aralıda yerləşir. Onun eni 0,4 km, uzunluğu 2,2 km təşkil edir.
Stanislav Vonsovic
Stanislav Stanislavoviç Vonsoviç və ya Stanislav Aleksandroviç Vonsoviç və ya Vanseviç (8 may 1888 – 1 noyabr 1937, Leninqrad) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Milli azlıqlar fraksiyasının üzvü. Stanislav Vonsoviç 8 may 1888-ci il tarixində Vitebsk quberniyasının Dvin uyezdinin Starıy Zamok bölgəsində anadan olmuşdur.[mənbə göstərin] Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Rusiya İmperator Ordusunda zabit olaraq xidmət edib. Stanislav Vonsoviç Polşanın Bakıdakı Konsul agentliyinin katibi vəzifəsini yerinə yetirib. Stanislav Vonsoviç 1920-ci ilin avqustun 14-də Sovet hökuməti tərəfindən həbs edilmişdir. O, 1920-ci ilin dekabrına qədər həbsdə saxlanılıb. Vonsoviç həbs edilərkən həyat yoldaşı 28 yaşında, oğlu Stanislav isə 5 yaşında olub. Stanislav Vonsoviç istintaqa verdiyi ifadədə Bakıda çoxdan yaşadığını və buradakı polyakların hamısını tanıdığını bildirmişdir. Stanislav Vonsoviç sonradan həbsdən azad edilmişdir. Daha sonra Dno şəhərində qatar stansiyasında yanğınsöndürən işləmişdir.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.