Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vosret
Vosret — Vosret, Vaset və ya Voset, "qüdrətli" mənasını verən bir Misir ilahəsi idi, Yuxarı Misirdəki Tebesdə yerləşirdi və onun adı Vaset şəhərinin Misir adı ilə eyni idi. O, kiçik bir ilahə idi, lakin On İkinci Sülalə dövründə üç firon onun adını öz adlarına daxil etdilər: Senusret və ya Senusret "Vosretdən olan adam" deməkdir. Vosretin təsvirində onun üçün heç bir məbəd tapılmamışdır. Təsvir edilən zaman o, başında əsa (adı ilə əlaqəli) olan hündür bir tac geyirdi və nizə, yay və oxlar kimi digər silahları daşıyırdı. O, Amonun ilk arvadı idi (Con Rey onu "qonşu qızın teoloji ekvivalenti" adlandırır) və Mut ilə əvəz olundu, baxmayaraq ki, Mut sadəcə Vosret üçün sonrakı addır.
Adriatik şossesi
Adriatik şossesi (xorv. Jadranska magistrala, serb. Јадранска магистрала) — Adriatik dənizinin şərq sahili boyunca uzanan və E 65 Avropa marşrutunun bir hissəsi olan bir magistral yol. Bosniya və Herseqovina və Monteneqroda kiçik hissələri olsa da, əsasən Xorvatiya ərazisindən keçir. Troqir, Kastela və Split şəhərləri yaxınlığında iki yol ayrıcında olan aralıq qısa hissələr istisna olmaqla, tamamilə iki zolaqlı bir yoldur. Troqir və Omis şəhərlərini əhatə etmək üçün hazırda yolun genişləndirilməsi planlaşdırılır. Bu Adriatik şossesinə atlernativ Adriatik-İon magistralı olacaqdır. == Hissələri == Adriatik magistral yolu Adriatik dənizinin şərq sahili boyunca uzanır. Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ərazisindən keçir. Magistral yolun böyük hissəsi Xorvatiyada yerləşir.
Zığ Şossesi
M1 şossesi (Azərbaycan)
M1 şossesi — Azərbaycannın Xəzər dənizi boyu-liknca keçən 203 km (126 mil) uzun bir avtomobil yoludur. Marşrut Rusiya sərhədindən Bakıya qədər uzanır. Bakı yaxınlığında yol magistral yoldur. Bütün marşrut E119 Avropa marşrutu və AH8 Asiya magistral yolunun bir hissəsidir.
M8 şossesi (Azərbaycan)
M8 şossesi — Azərbaycannın Naxçıvan Muxtar Respublikası ərazisindən keçən 89 km (55 mil) avtomobil yolu. Marşrut Naxçıvan şəhərində başlayır və cənub-şərqdə Ermənistanla qapalı sərhədə qədər uzanır. Yol Ermənistanda E002 olaraq yaxınlıqdakı M2 magistralına 6.5 km (4.0 mil) qədər davam edir.
Mak-Merdo — Cənub qütbü şossesi
Mak-Merdo — Cənub qütbü şosesi (ing. McMurdo-South Pole highway) — Antarktidada yerləşən və uzunluğu 1450 km olan, Amerikaya məxsus olan Mak-Merdo və Amundsen-Skott stansiyaları arasında yerləşir. Yol qarın müəyyən yerlədə kürüdülməsi yolu ilə çəkilmişdir. Hazırda məsafəni sürücülər qaz yerişi ilə maşınlarla 10 günə qət edirlər. Vaqonlar xüsusi xizəklərdə hərəkət edir. Bu vaqonlarda ayaq yolu və yataq otağı vardır. Yolla bağlı tikinti işləri 2002-ci ilin sonları başlamışdır. Tikinti işləri 2006-cı ilin yayında başa çatmışdır. Mak-Merdo şelf buzlağı və Antarktida platosu düzən olduğundan 48 kilometrlik mədafə qısa vaxt ərzində inşa edilmişdir. Hündürlüyü 2000 metr olan sahələrdə çətinliklər yaranmışdır.