Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polşalı Nobel mükafatı laureatlarının siyahısı
Polşalı Nobel mükafatı laureatlarının siyahısı — milliyətcə polyak və indiki Polşa dövləti ərazisində doğulan Nobel mükafatı laureatları. Nobel mükafatı dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələrə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Mükafat 1901-ci ildən etibarən fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahələri üzrə təqdim olunur. 1969-cu ildən isə iqtisadiyyat sahəsi üzrə də Nobel mükafatının təqdimatına başlanılıb. 2015-ci il etibarilə, cəmi 900-dən çox şəxs və təşkilata Nobel mükafatı verilmişdir. Bu 900 Nobel mükafatı laureatından 9-u milliyətcə polyakdır, 15-i isə indiki Polşa dövlətinin ərazisi çərçivəsində mövcud olmuş dövlətlərdə və indiki Polşada doğulan digər millətlərin nümayəndələridir. Polşalılar Nobel mükafatının bütün altı sahəsi üzrə laureat olublar. Onlar ümumilikdə 8 dəfə fizika, 5 dəfə kimya, 6 dəfə fiziologiya və ya tibb, 4 dəfə ədəbiyyat, 1 dəfə sülh və 1 dəfə də iqtisadiyyat sahəsi üzrə laureat olublar. Nobel mükafatını alan ilk polşalı 1901-ci ildə fiziologiya və ya tibb sahəsi üzrə mükafatı əldə edən Emil fon Berinq olub. Hələlik Nobel mükafatını qazanan sonuncu polşalı 2004-cü ildə fizika üzrə Nobel mükafatını əldə edən Frank Vilçekdir.