Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brezno
Brezno (slovak. Brezno, alm. Bries(en)‎, mac. Breznóbánya) — Slovakiyanın mərkəzində, Filiz dağlarının yamaclarında və Qron çayının sahilində yerləşir. Əhalisi 23 min nəfərə yaxındır. == Tarix == Brezno haqqda ilk məlumatlar 1265-ci ildə, macar kralı IV Belanın səlnaməsində qiymətli metall hasil edən mədənçi şəhəri "Berezun" adı ilə qeyd edilmişdi. 1380-ci ildə Brezno şəhər statusu almışdı. XVII əsrdə şəhər ətrafında ağac istehsalına başlanılmışdı, bu da Ştiriyadan olan mühacirlərin bu əraziyə köçməyə bir stimul yaratmışdı. Breznonun yaxınlığında yerləşən Qronetsdə isə metallurgiya zavodu inşa olunmuşdu və bundan sonra bölgə sürətlə inkişaf etməyə başlamışdı. 1650-ci ildə III Ferdinand Breznoya azad kral şəhəri statusu vermişdi.
Reçnoy adası
Reçnoy adası — Yapon dənizində, Amur körfəzi ərazisində, Vladivostokdan 19 km cənub-qərbdə, Tavriçankadan 6 km cənub-qərbdə yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Volno-Nadejdin rayonu ərazisinə daxildir. Öz adını ondan 5 km aralıda körfəzə tökülən Razdolnaya çayından almışdır. Yerli əhali bəzən adanı «Reçnaya Korvijka» olaraq adlandırırlar. Bu isə cənub-şərqdə yerləşən Skrebsov adasına verilən Kovrijka adı ilə bağlıdır. == Relyef == Ada cənub-qərbdən şimal-şərqə doğru 200 metr məsafədə uzanır. Adanın maksimal eni 75 metrdir. Adanın sahəsi 1,18 ha-dır. Üzəri tamamən düzəndir. Şimalı istisna olmaq şərti ilə sahilləri sıldırımlıdır.
Vernöy-an-Burbonne
Vernöy-an-Burbonne (fr. Verneuil-en-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03307. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsası şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 145 nəfərdən (15-64 yaş) 114 nəfəri iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.6%, 1999-cu ildə 65.2%). Fəal olan 114 nəfərdən 108 nəfəri (64 kişi və 44 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın).