Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Vltava çayı
Vltava çayı — Elba çayının qolu olub, Çexiyanın ən uzun çayıdır. Çayın uzunluğu 430 kilometrdir. Çay Bohemiya meşəsi boyunca cənub-şərqə doğru axır və sonra Çeski Krumlov, Çeske Budejovice və Praqanı keçərək Bohemiyanın şimalına tərəf axıraq, Melnikdə Elba çayı ilə birləşir. Ümumilikdə çay "Çex milli çayı" kimi adlanır. Çayda hər il avarçəkmə turları keçirilir. Vltava çayı Çexiyanın ən önəmli turizm mənbəyidir. Vltava çayı 430 km (270 mil) uzunluğundadır və sistemin sahəsi 28.090 kvadrat kilometr (10.850 kvadrat metr) ölçüdə Bohemiyanın yarısından və Çexiyanın bütün ərazisinin təxminən üçdə birindən çoxunu təşkil edir. Praqadan axdığı hissədə 18 körpü (aşağıda göstərilən məşhur Çarlz körpüsü daxil olmaqla) vasitəsilə kəsilib və uzunluğu şəhər daxilində 31 kilometr (19 mil) əhatə edir. Vinohrad Su Qalası (Vinohrady Water Tower) nasos əməliyyatları dayandırılan vaxta, 1912-ci ilə qədə çayın suyundan içməli su kimi sitifadə olunurdu. Lakin, içməli su mənbəyinin iflasa uğraması səbəbiylə Zelivka və Karane mənbələrindən su təchizatı təmir edilir.