Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). == Həyatı == Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Yelena Stasova
Yelena Dmitriyevna Stasova (rus. Елена Дмитриевна Стасова; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; 3 (15) oktyabr 1873, Sankt-Peterburq – 31 dekabr 1966, Moskva) — Rusiya və SSRİ siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il), Sosilaist Əməyi Qəhrəmanı (1960). == Həyatı == Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb.
Olesya Vlasova
Olesya Yuriyivna Vlasova (ukr. Олеся Юріївна Власова; 14 sentyabr 1974, Moskva vilayəti) ― rus əsilli Ukrayna səhnə və kino aktrisası, Ukraynanın əməkdar artisti (2020). O, iki dəfə "Kiyev pektoralı" teatr mükafatının laureatı olub (1999, 2004) və "Ukrayna pravdası. Həyat" (2009) jurnalına görə Ukraynanın TOP-20 aktrisası sırasına daxil edilib. == Bioqrafiya == Vlasova 14 sentyabr 1974-cü ildə Moskva vilayətində anadan olub. O uşaqlıq dövrünün əvvələrində valideynləri ilə birlikdə Odessaya köçmüş və məktəbi burada bitirmişdir. Vlasova 1990-1995-ci illərdə Odessa Teatr Liseyində təhsil alıb və Kanal 7-də teleaparıcı işləyib. 1999-cu ildə Kiyev Milli Teatrı, Kino və Televiziya Universitetini bitirib. 2000-ci ildən Peçerskdəki yeni dram teatrında (ukr. Київський академічний театр на Печерську) aktrisadır.