Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otahara sindromu
Otahara sindromu - körpələrin erkən epileptik ensefalopatiyası. Etiologiya: polietioloji sindromdur, lakin əksər hallarda beynin prenatal zədələnməsi (baş beynin anadangəlmə qüsurları, Aykardi sindromu, neyro-dəri sindromları və s.) qeyd olunur. Başlandığı yaş dövrü: uşağın 3 aylığına qədər, daha çox isə 1-ci ay ərzində başlayır. Klinik mənzərə: tutmaların əsas tipi – 10 san hüdudlarında davam edən tonik spazmlardır. Adətən seriya şəklində (bir seriyada 10-40 spazm) meydana çıxır. Sutka ərzində spazmların ümumi miqdarı 300-400-ə çata bilər. Onlar həm oyaqlıq, həm də yuxu dövründə əmələ gəlirlər. Tonik spazmlardan başqa qısa parsial tutmalar (əsasən hemikonvulsiv) müşahidə edilir. Mioklonik tutmalar olmalı deyil, əgər onlar varsa, çox güman ki, bu erkən mioklonik ensefalopatiyanın variantıdır. Nevroloji müayinə zamanı psixomotor inkişafın aşkar geri qalması, bir çox hallarda görmə sinirlərinin atrofiyası və korluq, mikrosefaliya qeyd olunur.
Takahiro Oqihara
Takahiro Oqihara (d. 5 oktyabr 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Etsuko Tahara
Etsuko Tahara — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mihara dağı
Mihara dağı (三原山, Mihara-yama) – Yaponiyanın İzuoşima adasının mərkəzində yerləşən aktiv vulkan. 1986-ci ildə baş verən püskürmə zamanı lava sütunları 1,6 kilometr yüksəkliyə qədər çatmış, lava çayları və lava gölləri əmələ gəlmişdir. Vulkan sakitləşənə qədər adanın 12.000 nəfərlik əhalisi başqa yerlərə köçürülmüşdür. == İntiharlar == Mihara dağı Yaponiyadakı populyar intihar bölgələrindən biri kimi tanınır. 1920-ci illərdə vulkan konusundakı bir nöqtənin kraterə tullanmaq və intihar etmək üçün əlverişli olduğu üzə çıxmışdır. Tezliklə həmin nöqtə "İntihar nöqtəsi" kimi tanınmağa başlamışdır. 1933-cü ildə 944 nəfər Mihara dağının kraterində intihar etmişdir. Növbəti iki il ərzində 350 nəfər ziyarətçi intihar edən şəxsləri seyr etmək üçün vulkana səyahət etmişdir. Yaponiya hökuməti intiharların qarşısını almaq üçün İntihar nöqtəsinin ətrafına çəpər tikdirmiş və adaya təktərəfli bilet almağı qadağan etmişdir. == Populyar mədəniyyətdə == 1984-cü ildə çəkilmiş "Qodzillanın qayıdışı" filmində Yaponiya hökuməti Qodzillanı Mihara dağında həbs etməyə qərar verir.
Masami İhara
Masami İhara (d. 18 sentyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 122 oyun keçirib, 5 qol vurub.