Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andraş Töröçik
Andraş Töröçik (mac. Törőcsik András; 1 may 1955, Budapeşt, Macarıstan – 9 iyul 2022) — hücumçu mövqeyində çıxış etmiş keçmiş Macarıstan futbolçusu. Ləqəbləri – Törö və Kese. Andraş Töröçik ən çox "Uypeşt-Doja" futbol klubundakı performasına görə tanınır. 1978-ci il FİFA Dünya Kuboku və 1982-ci il FİFA Dünya Kubokunun final mərhələsində Macarıstan milli futbol komandasında çıxış etmişdir. == Karyera == === Klub === Andraş Töröçik 12 yaşında ikən "Vaşutaş" futbol klubunun heyətini qoşulmuşdur ki, o, burada düz 7 il çıxış etmişdir. O, 1974-cü ilin yayında Macarıstanın paytaxtı Budapeşt şəhərini təmsil edən "Uypeşt-Doja" futbol klubuna transfer olunmuşdur. Yaxşı texnikası, vurduğu qollar və rəqibə gözlənilməz təhlükə yaratmaq bacarıqlarına görə Andraş Töröçik çox keçmədən komandanın liderlərindən birinə çevrilmişdir. "Uypeşt" futbol komandasının heyətində çıxış etdiyi dövrdə Andraş Töröçik Futbol üzrə Macarıstan Çempionatında üç dəfə birincilik yaşamış, bir dəfə isə Futbol üzrə Macarıstan Kubokunu qazanmışdır. "France Football" jurnalına görə Andraş Töröçik iki dəfə – 1977-ci ildə və 1981-ci ildə Avropanın ən yaxşı futbolçuları arasında yer tutmuşdur.