Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vırumaa
Vırumaa (est. Võrumaa və ya Võru maakond, vıruca Võromaa və ya Võro maakund) — Estoniyanın cənub-şərqndə vilayət. İnzibati mərkəzi — Vırudur. Əhalisi 38 480 min nəfər, ərazisi isə 2 305 km².
Dendrocygna viduata
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Lyaene-Virumaa
Lyaene-Virumaa (est. Lääne-Virumaa və ya Lääne-Viru maakond) — Estoniyanın vilayətidir. Vilayətin paytaxtı Rakvredir. Sahəsi 3 628 km², əhalisi 66 996 min nəfərdir. Şimaldan Fin körfəzi suları ilə yuyulur. == Əhali == Estonlar əhalinin 84,8 %, ruslar 10,7 %, ukraynalılar 1,4 %, finlər isə 1,5 %, digərləri 1,6 % (beloruslar, almanlar, tatarlar, ermənilər) təşkil edir. == Şəhər və icmalar == Lyaene-Virumaa özündə 12 icmanı və 3 Şəhəri birləşdirir.
İda-Virumaa
Raplamaa (est. Ida-Virumaa), və ya (est. Ida-Viru maakond) — Estoniyanın şimal-şərqində vilayətidir. Vilayətin paytaxtı Yıhvidir. Sahəsi 3 364 km², əhalisi 153 642 min nəfərdir. Vilayətin ərazisi şərqdə Rusiya ilə həmsərhəddir, cənubda Çud gölünə, şimalda isə Fin körfəzinə çıxır. Vilayətin sahəsi 3364,05 km², bu Estoniyanın ümumi ərazisinin 7,4 % təşkil edir. Yıhvi şəhəri paytaxt Tallindən 165 km məsafədədir. == Əhali == Vilayətin etnik mənsubiyyatı onun rusdilli əhalisinin çoxluğu ilə xarakterizə olunur. 70,8 % ruslar (123 min), 19,9 % estonlar (34 min), 2,7 % ukraynalılar, 2,8 % beloruslar, 1,4 % finlər və ingermanlandlar, 2,4 % digərləri (almanlar, tatarlar, ermənilər v.s.) == Şəhər və icmalar == Vilayət 5 şəhərdən və 15 icmadan ibarətdir.
Maryan Vidmar
Maryan Vidmar (d. 1 iyul 1960) — Yuqoslaviyalı biatlonçu. Maryan Vidmar Yuqoslaviyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maryan Vidmar birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Vidmar 37:08.1 saniyəlik nəticəsi ilə 64 atlet arasında 54-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Videman-Frans qanunu
Videman-Frans qanunu — fiziki qanun; bu qanuna görə metalın istilikkeçiriciliyinin (κ), xüsusi elektrik keçiriciliyinə (σ) nisbəti temperaturla (T) mütənasibdir. κ σ = L T {\displaystyle {\frac {\kappa }{\sigma }}=LT} Lorens ədədi adlanan mütənasiblik əmsalı L nəzəri olaraq aşağıdakı bərabərliklə təyin olunur: L = κ σ T = π 2 3 ( k B e ) 2 = 2.44 × 10 − 8 V t O m K − 2 . {\displaystyle L={\frac {\kappa }{\sigma T}}={\frac {\pi ^{2}}{3}}\left({\frac {k_{\rm {B}}}{e}}\right)^{2}=2.44\times 10^{-8}\,\mathrm {Vt\,Om\,K^{-2}} .} Bu empirik qanun 1853-cü ildə κ/σ-nın eyni temperaturda müxtəlif metallar üçün təqribən eyni qiymətə malik olduğunu göstərən Qustav Videman və Rudolf Fransın şərəfinə adlandırılmışdır. κ/σ-nın temperaturla mütənasibliyi 1872-ci ildə Lüdviq Lorens tərəfindən kəşf edilmişdir. == Çıxarılışı == Keyfiyyətcə bu əlaqə həm istilik, həm də elektrik nəqlinin metaldakı sərbəst elektronlarla bağlı olmasına əsaslanır. Qanunun riyazi ifadəsini aşağıdakı kimi çıxarmaq olar. Metalların elektrik keçiriciliyi məşhur bir hadisədir və şəkildəki kimi ölçülə bilən sərbəst keçirici elektronlara aid edilir. Cərəyan sıxlığı j-nin tətbiq olunan elektrik sahəsinə mütənasib olduğu müşahidə edilir və əmsalın xüsusi elektrik keçiriciliyi olması Om qanununa uyğundur. Elektrik sahəsinin intensivliyi və cərəyan sıxlığı vektor olduğundan Om qanununda qalın hərflərlə göstərilirlər. Keçiricilik ümumiyyətlə ikinci tərtib tenzor kimi ifadə edilə bilər (3×3 ölçülü matris).