Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
VİBrant (albom)
vİBrant – Azərbaycanlı musiqiçi İbrahim Babayevin albomudur.
Vikram-samvat
Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır. == Yayılması və mənşəyi == Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.