Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Limonit
Limonit — mineral, HFeO2×nH2O (n-4-dək). == Haqqında == Limonite - aqreqatı: stalaktitlər, salxımabənzər, qatranabənzər, torpaqvari, tozvari, oxrayabənzər, pizolitlər, oolitlər və b. Rəngi qonur, müxtəlif çalarlı, tünd-qonur, qara, sarı. Sıx sızma növünün sərtliyi 4-5,5. Xüsusi çəkisi 2,7-4,3. Səthdə və səthəyaxın şəraitdə əmələ gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında sulfidlər üzrə psevdomorfozlar əmələ gətirir. Aşınma qabığında Fe-lu süxurəmələgətirən minerallar üzrə psevdomorfozlar. Göl-bataqlıq filizləri limonitdən təşkil olunmuşdur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Diorit
Diorit — bir və ya bir neçə rəngli mineraldan, adətən, horblenddən və plaqioklaznda (andezin, bəzən oliqoklaz-andezin), ibarət olan intruziv süxurdur; tərkibində, habelə biotit və ya piroksen də ola bilər. Rəngli mineralların miqdarı 40%-ə yaxındır; kvarsın miqdarı 10%-dən çox olduqda kvarslı diorit adlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.