Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Limonit
Limonit — mineral, HFeO2×nH2O (n-4-dək). == Haqqında == Limonite - aqreqatı: stalaktitlər, salxımabənzər, qatranabənzər, torpaqvari, tozvari, oxrayabənzər, pizolitlər, oolitlər və b. Rəngi qonur, müxtəlif çalarlı, tünd-qonur, qara, sarı. Sıx sızma növünün sərtliyi 4-5,5. Xüsusi çəkisi 2,7-4,3. Səthdə və səthəyaxın şəraitdə əmələ gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında sulfidlər üzrə psevdomorfozlar əmələ gətirir. Aşınma qabığında Fe-lu süxurəmələgətirən minerallar üzrə psevdomorfozlar. Göl-bataqlıq filizləri limonitdən təşkil olunmuşdur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Şimoci
Şimoci (yap. 下地島) — Miyako qrupuna Sakişima adaları Ryukyu arxipelaqına daxil olan kiçik ada. Miyako dairəsi və qəzasına Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 9,54 km² təşkil edir. Şimoci adası bir çox körpülərlə İrabu adası ilə birləşir. Adanın şimalında hava limanı yerləşir. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 15 metr təşkil edir. Adada çay yoxdur. Adanın qərbində göllər vardır.
Şimoci adası
Şimoci adası (yap. 下地島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna, Araqusukuya daxil olan iki adadan biri. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. == Coğrafiyası == İriomotedən cənub-şərqdə, Kuroşima adasından qərbdə yerləşir. Adanın sahəsi — 1,76 km², hündürlüyü — 21 m. Adada kiçik Şimuci qəsəbəsi yerləşir.