Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evans Kiplaqat
Evans Kiplaqat (d. 10 noyabr 1988 Nayrobi, Keniya) — Keniya əsilli Azərbaycanlı atlet (marafon və yarım-marafon yarışı üzrə). Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Niderlandın paytaxtı Amsterdam şəhərində baş tutan Avropa Çempionatı və Rio-de-Janeyroda baş tutan Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Evans Kiplaqat 10 noyabr 1988-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində anadan olub. O, 2016-cı ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. == Karyerası == Evans Kiplaqat Azərbaycan bayrağı altında birinci yarışına 2016-cı ildə qatıldı. O, Niderlandın paytaxtı Amsterdam şəhərində кeçirilən 23-cü Avropa Çempionatında yarım-marafon yarışlarında iştiraк etdi və 1 saat 5 dəqiqə 1 saniyəliк nəticə ilə 92 atlet sırasında 19-cu yeri tutdu. Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Rio-de-Janeyroda baş tutan Olimpiya Oyunlarında təmsil etdi və məsafəni 2 saat 15 dəqiqə 31 saniyəyə qət edərək 28-ci yeri tutdu.
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.