Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lukino Viskonti
Lukino Viskonti di Modrone (it. Luchino Visconti di Modrone; 2 dekabr 1906, Milan — 17 mart 1976, Roma) — italyan opera və teatr rejissoru, kinorejissor. Viskonti zadəgan nəslinin qollarından birinin nümayəndəsi. Onun tam adı və titulu belədir: don Lukino Viskonti di Modrone, Lonate Possolo qrafı, sinyor di Korcelo, konsinyor di Somma, Krenna və Anyadello, Milan patrisisi. Viskonti yaradıcılığına 1936-cı ildə neorealizmin yüksək zirvəsində olan "Torpaq titrəyir" filmini çəkməklə başlamışdır. Cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olan rejissor İtaliyanın müharibədən sonrakı dövrdə inkişaf mərhələsini yaradıcılğında dəqiqliyi ilə əks etdirmişdir. O, zamanın tələblərinə cavab verən və təəccübləndirməyi bacaran rejissorlardan biri olmağına baxmayaraq həmişə özünə sadiq qalmışdır. Neorealizmin təməlini qoyanlardan biri olan Viskonti İtaliya kinematoqrafının ən peşəkar rejissorlarından biri hesab edilir. İtaliya rejissorları arasında o, dərin düşüncəyə malik, həssas, sadəlövh, estetizmə qapılan bir sənətkar kimi tanınır. Viskonti bir çox filmlərində dünyanın aydın və harmonik dərk olunması üçün estetik epizodlardan istifadə edirdi.
Anqleziya Viskonti
Anqleziya Viskonti (it. Anglesia Visconti; 1377, Milan – 12 oktyabr 1439, Recco nel Emiliya) — Kral Yanus ilə evli olan Kipr kraliçası. O, Milanın Llordu Bernabo Viskontinin və Verona lordu II Mastinonun qızı Beatriçe Recina della Skalanın qızı idi. Anqleziya 1400-cü ilin yanvarından bir müddət sonra Kipr Kralı Yanusla evlənərək Kiprin Kraliçası oldu. Yanus həm də Yerusəlim və Ermənistanın titullu Kralı idi. Evlilik 1407–1409-cu illər arasında heç bir problem olmadan pozuldu. Onun bacısı Valentina Viskonti Yanusun əmisi oğlu Kiprli II Pyotrla evləndi.