Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mitaka
Mitaka – (Yaponca: 三 鷹 市 Mitaka-shi) Yaponiyanın Tokio meqapolisində yerləşən bir şəhər. == Haqqında == Bu şəhər Tokio meqapolisinin ortasında yerləşir. Sahəsi 16,42 km2 olan şəhərin əhalisi 2016-cı il 1 fevral tarixində 189 168 olmuşdur. Şəhər 3 noyabr 1950-ci ildə qurulub. Şəhərin İnokaşira Parkında yerləşən Qibli muzeyi 2001-ci ildə açılıb və mühüm turistik yerdir. Şəhərin Studio Pierrot və Telecom Animation Films Subaru Tecnica International animasiya studiyaları var. Şəhərə JR East Çuo Ana və Keio Korporasiyasının Inogaşira xətləri xidmət edir.
İtaka
Itaka (Yunanca, Ιθάκη) — İon dənizində yerləşən Yunan adası. İtakanın əsas adasının sahəsi 96 km²-dir.Əhalisi 2011-ci ilə görə 3231 nəfərdir. Müasir İtaka Odisseyin evi olan Homerin İtakası ilə eyniləşdirilir. == Etimologiya == İtaka adı qədim dövrlərdən bəri dəyişməz qalsa da, müxtəlif dövrlərə aid yazılı sənədlərdə adaya başqa adlarla müraciət edilir, məsələn: Trakoniso, Takou, Tiakou (Bizans) Tiaki (Venesiyadan əvvəlki Bizans) Teaki(Venesiya dövründə) Fiaki(Osmanlı dövründə) == Tarixi == Adada e.ə 2-ci minillikdən etibarən məskunlaşma var.Ehtimal olunur ki, Mikena dövründə Kefaloniyanın paytaxtı və Odissey tərəfindən idarə olunan kiçik krallığın paytaxtı olub.İtaka sonrakı dövrlərdə romalılar,Bizans imperiyası tərəfindən işğal olunub. Ardınca İtaka, 1797-ci ildə Campo Formio müqaviləsinə əsasən Fransa tərəfindən işğal edilmiş 1798-ci ildə isə rus-türk birliyinin komandirləri Fyodor Uşakov və Kadir bey tərəfindən azad olunub.Ada 1807-ci ildə yenidən Fransanın mülkünə çevrildi lakin,1809-cu ildə İngiltərə adanı işğal etdi. 1815-ci ildə bağlanılmış Paris müqaviləsinə əsasən İtaka Birləşmiş İyon Adaları Ştatlarının tərkibinə verildi. 1864-cü ildə bağlanmış London müqaviləsinə əsasən adalar Yunanıstanın tərkibə daxil edildi. == Coğrafiyası == İtaka adası Kefaloniyanın şimal-şərq sahilindən şərqdə yerləşir, oradan İtaka Boğazı ilə ayrılır. Adanın ümumi sahəsi 117.8 km²-dir.Ümumi sahil uzunluğu isə 101 km-dir.
Clematis vitalba
Üzümyarpaq ağəsmə (lat. Clematis vitalba) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Yarpaqları uzun saplaqda yerləşib, birqat lələkvari, adətən 2 cüt və 1 tək yarpaq yerləşmiş qısa saplaqlı hissələri; yumurtaşəkillidir, qaidı hissəsi az ürəkşəkillidir, tam kənarlı, iri dişlidir və yaxud düzgün olmayan hissəyə bölünmüşdür, əsasən damarlar boyunca tüklüdür. Çiçəkləri mürəkkəb qalxanvari qoltuq çiçək qrupunda toplanmış və çoxsaylıdır. Çiçək yanlığının yarpaqcıqlarının uzunluğu 1 sm-ə qədər olub, ağ və yaxud sarımtıl rəngli, uzunsov, küt, hər iki tərəfdən sıx ağ keçə-tüklüdür. Toxumlarının uzun lələkli-tüklü sütuncuğu vardır. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Ekologiyası == Əsasən meşənin aşağı hissələrində, aşağı dağ qurşağı meşələrində, kolluqlarda, çəpərlərin dibində və çay sahillərində rast gəlinir. == Azərbaycanda yayılması == Azərbaycanda Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində və qərbində, Qubada, Alazan-Əyriçay ərazilərində yayılmışdır.
Vyara Vataşka
Vyara Vataşka (20 fevral 1980) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Vyara Vataşka Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
İtaka boğazı
İtaka boğazı -Kefaliniya adasını İtaka adasından ayırır. Uzunluğu 20 km, eni 4–6 km təşkil edir. Sami və Fiskardo limanlarına gedən əsas yolun üzərində yerləşir. Şimaldan və cənubdan İon dənizinə çıxışı vardır. Boğaz daxilində Asteris adası vardır.