Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vitautas Montvila
Vitautas Mikolasoviç Montvila (lit. Vytautas Montvila; 4 fevral 1902, Çikaqo, İllinoys – 19 iyul 1941, Kaunas) — Litva sovet şairi. Vitautas Montvila 4 mart 1902-ci ildə ABŞ-nin Çikaqo şəhərində anadan olmuşdur. O, 1906-cı ildə ailəsi ilə birlikdə ABŞ-dən Litvaya qayıtmışdır. Montvila burada muzdurluq etmişdir. O, müharibə əleyhinə hərəkatda iştirakına görə 1924-cü ildə həbs olunmuşdur. Montvilanın 1925-ci ildə buraxılan ilk şeir kitabı qadağan edilmişdi. Burjua quruluşuna qarşı mübarizə "Sərgərdan gecələr" (1933) kitabındakı şeirlərin əsas mövzusudur. "Geniş torpaqlarda" (1940) şeir kitabı, "Sovet Litvasına çələng" şeir silsiləsi (1941; "Leninə", "Lenin haqqında dayna" və s. şairlər) var.