Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haaqa-Visbi qaydaları
Haaqa-Visbi qaydaları — konosament üzrə dənizlə yüklərin daşınması haqqında beynəlxalq qaydalar. Bu Qaydalar 3 sənəddən ibarətdir. Belə ki, tam adı "Konosamentə aid bəzi qaydaların unifikasiyası üçün Beynəlxalq Konvensiya" olan Brüssel Konvensiyası 25 avqust 1924-cü il tarixində qəbul olunmuşdur. O, qısaldılmış şəkildə Haaqa qaydaları adlanır. Bu Konvensiyaya (Haaqa qaydalarına) 1968-ci il tarixli Brüssel Protokolu ilə bəzi dəyişikliklər edilmişdir. Ona Visbi qaydaları deyilir. Dəyişikliklərlə birlikdə 1924-cü il Brüssel Konvensiyası Haaqa-Visbi qaydaları adlanır. == Əhəmiyyəti == Qaydalar beynəlxalq dəniz yük daşımalarını tənzimləyən vacib sənəddir. O, bir sıra xarici ölkələrin dəniz hüququnun inkişafına ciddi təsir göstərmişdir. Onun əsas müddəaları bir çox dövlətlərin dəniz qanunvericiliyi tərəfindən qəbul olunmuşdur.