Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikolay Qayaurov
Nikolay Qayaurov (13 sentyabr 1929[…] – 2 iyun 2004[…], Modena, Emiliya-Romanya) – bolqar opera müğənnisi. 1955-ci ildə Moskva konservatoriyasını bitirmişdir. Müğənnilərin Parisdə keçirilən Beynəlxalq müsabiqəsinin baş mükafatına layiq görülmüşdür. Debütü Sofiya xalq operasında Rossininin "Sevilya bərbəri" operasında Don Bazilio partiyası ilə olmuş, bu teatrın solisti kimi çalışmışdır. Vyana Dövlət Operasında, "Teatro Komunale" (Bolonya), "La Skala" (Milan), "Kovent-Qarden" (London), "Metropoliten-opera" (Nyu-York), Paris operasında və dünyanın başqa aparıcı opera teatrlarında oxumuşdur.
Lev Mayorov
Lev Nikolayeviç Mayorov (13 oktyabr 1969, Bakı – 1 fevral 2020, Novorossiysk, Krasnodar diyarı) — məşqçi. == Həyatı == Bakıda anadan olan Lev "Neftçi"nin yetirməsidir. 10 yaşında bu klubda futbolun sirlərini öyrənən Mayorovun ilk baş məşqçisi müstəqillik dönəmində flaqmanın əsas komandasında çalışan Tahir Əmiraslanov olub. Lev 1987-ci ildə "Neftçi"nin heyətində gənclər komandaları arasında SSRİ çempionatının qalibi olub. O, 1988 və 1989-cu illərdə Zaqafqaziya hərbi dairəsinin yığmasının heyətində Silahlı Qüvvələr kubokuna sahib çıxıb. Milli komandanln heyətində 2 oyun keçirən Mayorov 1994-cü ildə Trabzonda İsrail yığması ilə keçirilən rəsmi oyunda (0:2) iştirak edib. Futbolçu karyerası boyu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edən Mayorov daha çox Novorossiysk "Çernomorets"ində çıxışı ilə tanınıb. 1992-2005-ci illərdə bu komandanın şərəfini qoruyan Lev, ümumilikdə 417 görüşdə 37 qol vurub. Bunlar arasında 208 oyunda 13 qol Rusiya Premyer-Liqasına təsadüf edir. 2005-ci ildə futbol karyerasını bitirən Mayorov bundan bir il sonra – 2006-cı ilin iyunun 3-də vida oyunu keçirib.
Veniamin Mayorov
Veniamin Stepanoviç Mayorov (rus. Вениамин Степанович Майоров; 16 sentyabr 1930, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycanın mənzil-kommunal təsərrüfatı naziri (1980–1992), Azərbaycan SSR Ali Sovetinin VI–XI çağırış deputatı. == Həyatı == Veniamin Stepanoviç Mayorov 16 sentyabr 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, buranı dağ-mədən mühəndisliyi ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə 1953-cü ildə "Leninneft" neft-qazçıxarma idarəsinin 11 saylı mədənində neftçıxarma operatoru kimi başlamışdır. Sonrakı illərdə neftçıxarma üzrə usta köməkçisi, ərazi müdiri, böyük mühəndis, sahə müdiri vəzifələrində çalışmışdır. Veniamin Mayorov 1961-ci ildə Lenin Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1963-cü ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədrinin müavini (1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini) təyin edilmiş və bu vəzifədə 1969-cu ilədək çalışmışdır. 1969–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti (1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti) İcraiyyə Komitəsi sədrinin birinci müavini olmuşdur. 1980-ci ildə Veniamin Mayorov Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri təyin edilmiş və bu vəzifədə 1992-ci ilədək çalışmışdır. Azərbaycanda Rus İcması yaranandan (1993-cü ildən) burada sədr müavini, paralel olaraq 1997-ci ildən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışmışdır.