Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qeorqievski qayası
Müqəddəs Hadisə qayası (ukr. Скeля святого Явлення) və ya Georgievski qayası — Yəşəm çimərliyindən 140 metr, Fiolent burnundan isə 1,5 km aralıda yerləşən su səthi qaya. Qaya öz adını 891-ci il də burada qəzaya uğramış yunanlarla bağlıdır. Onlar burada Müqəddəs Qeorqievi görürlər. Qayanın üzərində elə həmin ildə onun ikonası aşkarlanır. Bu səbəbdən bir müddət sonra yaxınlıqda Balaklav Müqəddəs-Qeorqievski məbədi inşa edilir 1891-ci ildə qaya üzərində xaç quraşdırılır. Xaç 1920-ci illlərdə bolşeviklər tərəfindən dağıdılır. 14 sentyabr 1991-ci ildə Müqəddəs-Nikolski məbədi tərəfindən 1400 km ağırlığında provaslav xaçı quraşdırılmışdır. Bu xaçın quraşdırılmasında Rusiya Qara dəniz donanması köməklik göstərmişdir. Qeorqievski qayası Balaklav Müqəddəs-Qeorqievski məbədi.
Georgievsk müqaviləsi
Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə. == XVII-XVIII əsrlərdə Gürcüstanda ictimai-siyasi vəziyyət == XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyl edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyl getdikcə güclənməyə başladı.