Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anna Pavlova (gimnast)
Anna Pavlova — Rus əsilli sabiq Azərbaycanlı idman gimnastıdır. 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarının 2 qat bürünc medalçısıdır. Dünya Çempionatının 1 qat bürünc medalçısıdır. Avropa Çempionatının isə 5 qat gümüş və 2 qat bürünc medalçısıdır. 2004-cü ildə Rusiyanın "Vətənə xidmətə görə" II dərəcəli ordeni ilə təltif edilmişdir. == Həyatı == Anna Pavlova 6 sentyabr 1987-ci ildə Rusiyanın Orexovo-Zuyevo şəhərində anadan olmuşdur.
Eldar Səfərov (gimnast)
Eldar Səfərov (30 yanvar 1995, Bakı) — Azərbaycanı təmsil edən idman gimnastı. Eldar Səfərov 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Həyatı == Eldar Səfərov 1995-ci il 30 yanvarda Bakı şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olan Eldar Səfərov Dağıstan Dövlət Universitetinin məzunu olub. == Karyerası == Eldar Səfərov birinci uğurunu 2013-cü ildə qazandı. O, Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə isə Eldar Səfərov I Avropa Oyunlarında qatıldı. Səfərov bu yarışlarda кomanda yoldaşları Oleq Stepko və Petro Paxnyuk ilə birgə bürünc medal qazandı. Eldar Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.
Zarina Qurbanova (gimnast)
Zarina Qurbanova (6 may 1995) — Özbəkistanı təmsil edən bədii gimnast. Zarina Qurbanova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Zarina Qurbanova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Luiza Qəniyeva və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Nərminə Səmədova (bədii gimnast)
Nərminə Səmədova (10 iyun 2004) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Nərminə Səmədova Azərbaycanı 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.