Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qliptika
Qliptika (q.yun. γλύφω — oymaq, yonmaq)— Qiymətli və yarımqiymətli daşlarda oyma işi. Bu incəsənətin ən qədim növlərindədndir. Onun tarixi heykəltaraşlıqdan və rəssamlıqdan da qədimdir. Əlvan daşların emalı texnikası ilk vaxtlar çox sadə olub: hərəkətsiz, ləng şəkildə tərpənən daş başlığa xırda kvars qumu səpir və səthini sürtməklə daşa lazımlı forma verirdilər. Sonra hazır məmulatı süngər daşından alınan "fivs qumunun" köməyilə hamarlayırdılar. Ancaq bundan sonra onun üzərində daha bərk materiallarla, çox güman ki, almazla rəsmlər, yazılar cızılırdı. İlk zamanlar qliptika sənətində daha çox kvars qrupu olan oniks, karneol, əqiq, ametist və başqa daşlardan istifadə edirdilər. Sonralar bu siyahıya daha möhkəm, sərt daşlar — beril, zümrüd, topaz, qiasinit və nisbətən yumşaq nefrit, lazurit, firuzə kimi daşlar daxil olundu. Qliptika sənətinin ən diqqət çəkən formalarından biri qemm idi.
Ekliptika
Ekliptika — Yerin Günəş ətrafında izlədiyi orbitin içində olduğu müstəvidir. Orbit müstəvisi, əslində Yer-Ay sisteminin kütlələr mərkəzinin Günəş ətrafındakı hərəkəti ilə müəyyən etməklə yanaşı ekliptika, yalnız Yer nəzərə alınaraq müəyyən edilir və Ayın kütləsindən ötəri əlavə olunan səhv nəzərə alınmır. Bu halda ekliptika, Günəşin səma üzərində təqib etdiyi görünən illik yol olaraq da görülə bilər. Ayın və Pluton istisna olmaqla digər planetlərin orbitləri ekliptika ətrafındadır. Ekliptika ilə göy ekvatorunun arasındakı bucaq, Yer oxunun əyriliyinə bərabərdir. Bu bucağa ekliptikanın mailliyi deyilir və təxminən 23°27 — dəyərindədir.