Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlanost
Qlasnost (rus. гла́сность) və ya Aşkarlıq — SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır. 1985-ci ildə tətbiq olunmağa başlamış, SSRİ-nin dağılmasıyla sona çatmışdır.
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Norbert Qönött
Norbert Qönött (fr. Norbert Gœneutte; 23 iyul 1854, Paris, Fransa — 9 oktyabr 1894, Over-syür-Uaz) — fransız rəssam-impressionist, illüstrator, ilk növbədə Emil Zolyanın «Dünya» (1889) romanın rəssam müəllifi kimi tanınır. 150-dən çox ofortların və litoqrafiyanın müəllifidir. Paris şəhərində anadan olmuşdur. İzidor Pils adına İncəsənət məktəbində təhsil almışdır. Pilsin ölümündən sonra 1875-ci ildə Norbert təhsilini atır. Tezliklə Marselen Debuten ilə tanış olur daha sonra Renuar və Mane ilə görüşdüyü "Yeni Afina" (fr. Nouvelle Athènes) kafesinin tez-tez getdiyi bir yerə çevrilir. Мировое искусство. Импрессионизм.