Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dedovşina
Dedovşina (rus. дедовщина) — SSRİ Silahlı Qüvvələrində və bəzi post-Sovet ölkərində, o cümlədən Azərbaycanda hərbi xidmətə başlayan və gənc çağırışçılar qarşı daimi zorbalığın tətbiqi və orduda nizamnamədənkənar davranışları özündə ehtiva edilməsi. == Tarixi == 2013-cü il yanvarın 12-də Bakının Fəvvarələr meydanında "Əsgər ölümlərinə SON!" aksiyası keçirilib. İştirakçıların əsas şüarları "Əsgərimiz ölməsin, ordu morqa dönməsin", "Ali Baş Komadan, bizə cavab ver", "Bəsdir yalan danışmaq!", "Əsgər ölümünə yox!" olub. Aksiya iştirakçıları Daşkəsəndə "N" saylı hərbi hissədə xidmət edən əsgər Ceyhun Qubadovun ölümünə etiraz ediblər. Aksiyanın dağıtmaq üçün polislər su şırnağı, rezin güllə və göz yaşardıcı qazlardan istifadə edilib. == İyerarxik səviyyələri == Hərbi qulluqçuların xidmət istifadə etdiyi jarqon və anlayışlar: "İylər", "karantinlər", "öküzlər" — andiçmə mərasimindən əvvəl karantin kəçən hərbiçilər. "Ruhlar", "salaqalar", "qunduzlar", "yaşıllar", "atalar", "körpələr", "kirpilər", "göyərçinlər" — altı aya qədər xidmət edən hərbiçilər. "Fillər", "qarğalar", "qazlar", "morjlar", "mamontlar", "böyük qunduzlar" — altı ay xidmət edən hərbiçilər. "Kəllələr", "qırqovullar", "qazanlar" — bir il xidmət edən hərbiçilər.
Anastasiya Qolovina
Anastasiya Qolovina (bolq. Анастасия Головина) — rus əsilli bolqar qadın həkim, psixiatr; Bolqarıstanda ali təhsilli ilk qadın həkim və Varnada ilk uşaq mərkəzinin qurucusu. Aleksandr Qolovinin həyat yoldaşı. == Bioqrafiyası == 1850-ci il oktyabrın 17-də Kişinyovda bolqar ailəsində anadan olmuşdur. Ata - Angel Petroviç Nikolaou, Kişinyov meri. Ana babası - Kirill Minkov, Kaloferdən olan Kişinyov taciri olmuşdur. O, doğma şəhərində fransız məktəbini bitirib, sonra stenoqraf işləyib. Atasının ölümündən sonra Sürixə köçüb, orada universitetə daxil olaraq tibb təhsili alıb. O, Rusiya tələbə inqilabi hərəkatının üzvü olub, bundam ötrü universitetdən qovulmuş və Parisdə təhsilini davam etdirmişdir. O, 1878-ci ildə Paris Universitetini bitirib, Sorbonnada "Damar divarlarının histoloji tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək psixiatr Jan Martin Şarkonu heyran edib və məzun olan ilk bolqar qadın olub.