Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qrönobl
Qrönobl (fr. Grenoble) — Fransanın cənub–şərqində şəhər. İzer departamentinin inzibati mərkəzi. Əhalisi 400 min nəfərdir. Qrenoblda qədim memarlıq abidələri olan Sen-Loran (VIII əsrin sonu), Notrdam (XI–XIII əsrlər, Sent Andre (XIII əsr) kilsələri yerləşir.
Bonobo
Bonobo (lat. Pan paniscus) — nəsli kəsilməkdə olan Pan cinsini təşkil edən iki növ meymundan biri. Cırtdan şimpanze adı ilə də bilinir. Pan cinsinin digər növü adi şimpanzedən (Pan troglodytes) boy və çəkidə balaca olur. Çəkisi 43 kq (erkəkdə) — 33 kq (dişidə) aralığında olur. Bonobo Belçikada, Tervuren muzeyində tapılan və şimpanzeyə aid olduğu düşünülən kəllə sümüyü üzərində ABŞ anatomisti Harold Kulic tərəfindən 1928-ci ildə kəşf edilmişdir. Ancaq onları qruplara bölən və elmi sənəd formasında təqdim edən alman Ernst Şvars olub. Bonobolar əsasən Konqo Respublikası ərazində 500.000 km2 ərazidə yayılıblar. Sayları 10 000-ə yaxındır. == Sosial davranışları == Bonobo meymunlarında adi şimpanzenin davranışının xüsusiyyətləri yoxdur.
Qolbol
Qolbol (ing. Goalball) — görmə qüsurları olanlar tərəfindən oynanılan idman növü. 1946-cı ildə Avstriyalı Hanz Lorenzen və alman Sepp Renidl tərəfindən müharibədə gözlərini itirmiş döyüşçülərin reabilitasiyası üçün icad edilmişdir. İlk dəfə Kanadada, 1976 Yay Paralimpiya Oyunlarında tanıdılmış və 1980 Yay Paralimpiya Oyunlarında proqrama əlavə edilmişdir. Bundan etibarən, hər paralimpiya oyunları və çempionatında qolbol oyunu oynanılır. == Oyunun qaydası == Oyun hər biri üç nəfərlik iki komanda ilə oynanılır. Hər komandada maksimum üç əvəzedici var. Oyun mərkəz xətti ilə bölünən düzbucaqlı gimnaziya meydançasında oynanılır. Hər bir komandanın yalnız öz meydançasında hərəkət etmək hüququ var. Hər qapının önündə olan, əllə hiss edilə bilən cizgilər paralimpiyaçı oyunçuların özlərini yönləndirməsini təmin edir.
SNOBOL
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir. == Proqramın nümünəsi == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Qrönobl İdarəetmə Məktəbi
Qrönobl İdarəetmə Məktəbi — Fransanın Qrönobl və Paris şəhərlərində fəaliyyət göstərən idarəetmə elmləri təmayüllü, üçqat akkreditasiyalı ali təhsil müəssisəsi. Ali təhsil müəssisəsi 1984-cü ildə yaradılmışdır. Hazırda bakalavr, magistratura və doktorantura pillələrində idarəetmə üzrə kadr hazırlığını həyata keçirir.
Gonbul adam (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
SNOBOL (StriNg-Oriented symBOlic Language)