Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qorlivka
Qorlivka (ukr. Горлівка; (rus. Горловка (Gorlovka)) — Donetsk vilayətində şəhər.
Şerbinka
Şerbinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Vorsinka (Bakalı)
Vorsinka (başq. Ворсинка, rus. Ворсинка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Kuryaşlar (67%), ruslar (33%) üstünlük təşkil edir.
İqor Qorbenko
İqor Qorbenko — Ukraynanı təmsil edən yüngül atlet. İqor Qorbenko, 1996 Atlanta Paralimpiadasında bürünc medal, 2000 Sidney Paralimpiadasında isə gümüş və bürünc medal qazanıb. == Karyerası == İqor Qorbenko, 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan X Yay Paralimpiya Oyunlarına qatıldı. F11 tipində üçtəkanla tullanma yarışlarında o, bürünc medal qazandı. Daha sonra İqor Qorbenko, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarına qatıldı. O, F12 tipində uzunluğa tullanma yarışlarında gümüş medala, F12 tipində üçtəkanla tullanma yarışlarında isə bürünc medala sahib oldu. İqor Qorbenko, 1996-cı ildə Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı ilə, 2000-ci ildə isə II dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edildi.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.