Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anita Görbits
Anita Görbits (mac. Anita Görbicz; 13 may 1983, Vesprem) ― "Dyör Audi ETO" klubunda çıxış edən Macarıstan həndbolçusu. Beynəlxalq Həndbol Federasiyası onu 2005-ci ilin ən yaxşı həndbolçusu seçdi. O, bütün dövrlərin ən yaxşı qadın həndbolçularından biri kimi tanınır. beynəlxalq səviyyədə "Həndbolun kraliçası" adlandırılmışdır. O, Dyör şəhərinin fəxri vətəndaşıdır. == Karyerası == === Klub === Anita Görbits 1993-cü ildə 10 yaşındaykən karyerasına Macarıstanın" Dyör Audi ETO" klubunda başlamışdır. O, klubun əsas üzvünə çevrildi və yoxluğu kluba nəzərəçarpacaq mənfi təsir göstərirdi. "ETO" ilə Görbits bir neçə dəfə Macarıstan çempionatı və kubokunu qazandı. Avropa səviyyəsində Kubok Qalibləri Kuboku və Avropa Həndbol Federasiyası (AHF) Kuboku turnirlərin final mərhələsinə yüksəldi.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Qorbuta
Qorbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2015-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. Qorbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti adının "Qor" ilk üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb. Qorxmaz Əlilicanzadə 2015-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2016-cı ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Ağamir Məzahir oğlu Həsənovdur. Alət üzərində 2 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Qorbuşa
Qorbuşa (lat. Oncorhynchus gorbuscha) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Okeanlarda beli mavi, göy-yaşılyanları gümüşü qarnı isə ağ rəngdə olur. Quyruq üzgəcində tünd xırda xallar olur. Bütün qızılbalıqlarda olduğu kimi bu balıqlarda da giy üzgəci olur. Bu üzgəclər quyruq üzgəci ilə bel üzgəci arasındadır. V şəkilli quyruq və anal üzgəcləri vardır. Erkəklərin belində nəzərəçarpacaq qozbellik olur. Bu növə də bu səbəbdən Qorbuşa adı verilmişdir.
Zornitsa Marinova
Zornitsa Marinova (d. 6 yanvar 1987) — Bolqarıstanı təmsil edən bədii gimnast. Zornitsa Marinova, Bolqarıstanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. Zornitsa Marinova, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Qalina Tançeva və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Zornitsa buxtası
Zornitsa buxtası (bolq. залив Зорница, ‘Zaliv Zornitsa’ \'za-liv zor-'ni-tsa\) — 7 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Varna yarımadası sahillərindən 3.1 km şimalda yerləşmişdir. Rove burnu ilə Skesa burnu arasında, II İohann pavel yarımadasından qərbdə yerləşmişdir. Buxta şimal-şərqi, cənub-şərqi, cənub-qərbi Bolqarıstanda yerləşən Zornitsa şəhərinin adını daşıyır. Zornitsa buxtası 62°34′10″ c. e. 60°50′50″ q. u. koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.