Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hortenziya
Hortenziya (lat. Hydrangea) — daşdələnçiçəklilər sırasının hortenziyakimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == İlk dəfə hortenziya Yaponiyadan Avropaya 1820-ci ildə gətirilmişdir. İlk sortlar Fransada Lemuan, Nansi, Muer, Vendom tərəfindən becərilmişdir.
Gorteria
Gorteria (lat. Gorteria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Hirpicium Cass. Ictinus Cass. Personaria Lam.
Ağacvari hortenziya
Ağacvari hortenziya (lat. Hydrangea arborescens) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2m, gövdəsi düz iri yarpaqlı koldur. Yumru çətirnin diametri 2 m-ə qədərdir. Yarpaqları yumurtaşəkilli və ya ellipsvari, diametri 8-15 sm, üstdən tünd yaşıl, altdan bozumtul rəngdədir. Zoğları bir az tüklü, alt tərəfi çılpaq, kənarları dişli, bünövrəsində ürəkşəkilli çöküntüsü vardır. 4 yaşından bol çiçəkləyir. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir, tacı ağdır. Uzun müddət iyundan sentyabr ayına kimi fasiləsiz çiçəkləyir.
Süpürgəvari hortenziya
Süpürgəvari hortenziya (lat. Hydrangea paniculata) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
İriyarpaq hortenziya
İriyarpaq hortenziya (lat. Hydrangea macrophylla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. Hündürlüyü 1-2 m, düz qalxan budaqlara malik koldur. Yarpaqları sadə, yumurtavari və tünd yaşıl, uzunluğu 7-15 sm, kənarları dişlidir. Çiçəkləri iri, çəhrayı, bəzən mavi və ağ rəngdə olub, enli, qalxanvari çiçək qrupunda toplanır. Kasayarpaqları iri, yaşımtıl, tədricən ağ, çəhrayı və ya mavi rəngdə olur. Meyvəsi 2-3 bölümlü, çoxsaylı xırda toxumları olan qutucuqdur. Yazdan yayın ortasına qədər 18-200 C-də toxumlarla, zoğlarla və kolun bölünməsi ilə çoxaldılır. İşıqlı və yarımkölgəli ərazilərdə bitir. 100C-yə qədər soyuqlara dözür.
Mari-Qortenziey Fike
Mari-Qortenziey Fike Sezan (fr. Marie-Hortense Fiquet Cézanne; 22 aprel 1850 – 1922, Paris) — Məşhur fransız boyakar Pol Sezanın həyat yoldaşı olmuşdur. Mari-Qortenziey Fike rəssamın 1869–1890-cı illər arası yaradıcılığı dövründə 27 portretində təsvir edilmişdir.