Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Görünmə böyüklüyü
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. == Tarixi == Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır.Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir. Burada Veber-Fexner qanunu belə ifadə olunur qıcıqlandırıcı (işıqlanma) həndəsi silsilə ilə dəyişəndə, hissiyat (ulduz ölçüsü) ədədi silsilə ilə dəyişir.
Görünən işıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir.Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380-780 nanometr dalğa uzunluğuna və yaxud 789-385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C.Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir). İşığın elektromaqnit nəzəriyyəsinə görə işıq elektromaqnit dalğalarından ibarətdir.
Görünən ulduz ölçüsü
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. == Tarixi == Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır.Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir. Burada Veber-Fexner qanunu belə ifadə olunur qıcıqlandırıcı (işıqlanma) həndəsi silsilə ilə dəyişəndə, hissiyat (ulduz ölçüsü) ədədi silsilə ilə dəyişir.
Pəncərədə görünən kölgə
"Pəncərədə görünən kölgə" - Elxan Elatlı tərəfindən yazılmış detektiv roman. == Məzmun == «Pəncərədə görünən kölgə» sevilən yazıçı Elxan Elatlının detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra ilk romanıdır. Bu maraqlı və təsirli əsərdən başlayaraq, müəllif dünya detektivində heç kəsə bənzəməyən özü­nəməxsus üslubunu yaratmışdır. Romanda Azər­baycanın bir kənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin açılmasından söhbət getsə də, burada anaya və övlada mə­həbbətin, halallığın, mənəvi təmizliyin təbliği də xüsusi yer tutur. Bu baxımdan roman ye­niyetmə və gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir. == İstinadlar == "Alinino".
Radara Görünmə Sahəsi
Radara Görünmə Sahəsi (RCS) bir obyektin radarla nə qədər aşkar oluna biləcəyinin ölçüsüdür. Daha böyük bir RCS, bir obyektin daha asan aşkar edildiyini göstərir.Bir obyekt mənbəyə məhdud bir miqdarda radar enerjisi təqdim edir. Buna təsir edən amillər bunlardır: Hədəfin hazırlandığı material; Hədəfin hədəfi işıqlandıran radar siqnalının dalğa uzunluğuna nisbətən ölçüsü; Hədəfin mütləq ölçüsü; İnsident bucağı (hədəfin formasından və radar mənbəyinə istiqamətlənməsindən asılı olaraq radar şüasının hədəfin müəyyən bir hissəsini vurduğu bucaq); Əks olunan bucaq (əks olunan şüanın hədəfə dəydiyi hissədən ayrıldığı bucaq; insident bucağından asılıdır); Hədəfin istiqamətinə görə ötürülən və alınan radiasiyanın polirizasiyası.Hədəflərin aşkarlanmasında vacib olsa da, ötürücü gücü və məsafə RCS hesablamasına təsir edən amillər deyil, çünki RCS hədəfin əks-ediciliyinin bir xüsusiyyətidir. Radara görünmə sahəsi təyyarələrin geniş aralıqlarda aşkarlanması üçün istifadə olunur. Məsələn, bir stels təyyarədə (aşağı səviyyədə radarlar tərəfindən aşkarlanmağa imkan verən bir formada hazırlanmış təyyarə) aşağı səviyyədə radara görünmə sahəsi verəcək dizayn xüsusiyyətləri (radar əmici boya, düz səthlər, radarları xüsusilə mənbədən fərqli bir yerə əks etdirməsi üçün xüsusi maili səthlər) olacaqdır. Sərnişin təyyarəsinin radara görünmə sahəsi isə çılpaq metallar, mənbəyə ötürülən siqnal əksi, zəmanətli yuvarlaq səthlər, mühərriklər, antenalar və s. struktur xüsusiyyətlərinə görə daha böyük olacaqdır. Radara görünmə sahəsi, xüsusilə təyyarələr və ballistik raketlərlə əlaqəli tətbiqlərdə, radar stels təyyarə texnologiyasının ayrılmaz bir hissəsidir. Mövcud hərbi təyyarələr üçün radara görünmə sahəsi məlumatları ən yüksək məxfilik kimi təsnif edilir. Bəzi hallarda radarla yerdəki bir çox obyektin olduğu əraziyə baxmaq lazımdır.
Mən Xəzəri Görürəm (1980)
== Məzmun == Film Xəzər gəmiçiliyinin fəaliyyətindən həsr olunmuşdur.
Pəncərədə görünən kölgə (kitab)
"Pəncərədə görünən kölgə" - Elxan Elatlı tərəfindən yazılmış detektiv roman. == Məzmun == «Pəncərədə görünən kölgə» sevilən yazıçı Elxan Elatlının detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra ilk romanıdır. Bu maraqlı və təsirli əsərdən başlayaraq, müəllif dünya detektivində heç kəsə bənzəməyən özü­nəməxsus üslubunu yaratmışdır. Romanda Azər­baycanın bir kənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin açılmasından söhbət getsə də, burada anaya və övlada mə­həbbətin, halallığın, mənəvi təmizliyin təbliği də xüsusi yer tutur. Bu baxımdan roman ye­niyetmə və gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir. == İstinadlar == "Alinino".
Mən Xəzəri görürəm (film, 1980)
== Məzmun == Film Xəzər gəmiçiliyinin fəaliyyətindən həsr olunmuşdur.
Amerika etüdləri. Vaşinqtondan görünən Azərbaycan (film, 2012)
Amerika etüdləri. Vaşinqtondan görünən Azərbaycan qısametrajlı sənədli televiziya filmi 2012-ci ildə İctimai televiziyada istehsal edilmişdir. Film okeanın o tayında-Amerikadan Azərbaycanın necə göründüyü barədədir. == Məzmun == Film okeanın o tayında-Amerikadan Azərbaycanın necə göründüyü barədədir.
Hər filmimdə özümü görürəm. Eldar Quliyev (film)
Hər filmimdə özümü görürəm. Eldar Quliyev — rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film kinorejissor, Azərbaycanın xalq artisti Eldar Quliyevə həsr olunur. == Film haqqında == Filmdə "Biri vardı, biri yoxdu", "Bir cənub şəhərində", "Ən vacib müsahibə", "Var olun, qızlar...", "Sevinc buxtası", "Babək", "Nizami", "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat", "Nə gözəldir bu dünya...", "Girov", "İstanbul reysi" filmlərindəki kadrlardan istifadə edilmişdir.
Hər filmimdə özümü görürəm. Eldar Quliyev (film, 2010)