Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Goradil
Görədil — Azərbaycan Respublikasının Abşeron rayonunun Görədil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Abşeron rayonunun Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonim ərazidəki eyniadlı dağın adındandır. Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir. Görədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub.
Qaracik
Qaracik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Quramit
Quramit (lat. Lolium) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qovacıq
Qovacıq (rus dilində Кеваджик, Куваджук şəkillərində yazılır), indiki rusca rəsmi adı Sovetskoye (rus. Советское) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən bir kənd. Tarixi olaraq bu kənddə dağ yahudiləri qalırdı. Kəndin ikinci adı Məmrac idi. Deyilənə görə Məmrac bəy bir sufi başçısı idi. 1952-ci ildə SSRİ yahudiləri bu kənddən qovandan sonra Sovetski adı verir.
Gorani
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Qaraçı
Qaraçılar — Hind-Avropa mənşəli köçəri xalq
Qrafit
Qrafit (yun. γράφω — yazıram) — karbonun allotropik modifikasiyası olub, bircinsli elementlər sinfinə aid mineraldır. Laylı struktura malikdir. Kristallik qəfəsin layları bir-birinə nisbətən müxtəlif cür yerləşə bilər (heksaqonal, triqonal). Laylar zəif dalğavaridir, müstəviyə daha yaxındır, karbonun atomlarının altıbucaqlı layndan ibarətdir. Kristalları plastik olub, kələkötürdür. Moos bərkliyi 1 və 2 arasındadır, sıxlığı 2,1-2,3 q/cm³-dir. Rənqi bozdur. Qrafit elektrik cərəyanını yaxşı keçirir. Almazdan fərqli olaraq daha aşağı bərkliyə malikdir, nisbtən yumşaqdır.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Bihuşedici quramit
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
Goradil (Ərdəbil)
Goradil (fars. گورادل‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 377 nəfər yaşayır (91 ailə).
Qaracik Zeyid
Qaracik Zeyd — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi məskulaşma tarixi XVIII əsrə təsadüf edən qədim kəndlərdən biridir. Kənddə ilk məskunlaşma Naxçıvanın Qaraçuq mahalından gəlmə əhali tərəfindən olmuşdur. Daha sonra bu ərazidə 1874-cü ildə Quba rayonunun dağlıq Zeyid kəndindən bir qrup əhali məskunlaşmışdır. Bu səbəbdən də kənd Qaracik-Zeyid kimi adlandırılmışdır.
Qoryaçiy Klyuç
Qoryaçiy Klyuç — Rusiya Federasiyasında yerləşən şəhər Krasnodar diyarına daxildir.
Sərt quramit
Sərt quramit (lat. Lolium rigidum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Bu bitki 20-50 (60) sm hündürlüyündə taxıllar fəsiləsinin bir illik ot bitkisidir. Çox gövdəlidirlər, gövdələri nazik və dik qalxandırlar. Yarpaqları ensiz xətlidir. Aprel-may aylarında çiçəkləyirlər, iyunun əvvəlində meyvə verirlər. Efemerlik xüsusiyyətlərinə malik olub yovşanla fitosenoloji qruplaşma əmələ gətirirlər. Neftlə çirklənmiş torpaqların bioloji rekultivasiya mərhələsində yaxşı bitmə qabiliyətinə malik taxıl bitkisidir. Qara yonca ilə birlikdə sıx cəngəllik əmələ gətirməklə yüksək məhsuldarlığa (190 s/ha) malikdirlər.
Gorani dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Nakaqava Qoroci
Nakaqava Qoroci (中川五郎治, 1768 – 23 oktyabr 1848) – bir müddət Rusiyada yaşamış və Yaponiyaya çiçək xəstəliyi vaksinasiyasını gətirmiş şəxs. Nakaqava Qoroci 1768-ci ildə Yaponiyada doğulmuşdur. 1807-ci ildə Cənubi Kuril adalarında mühafizəçi və tərcüməçi kimi işləyərkən Rusiya basqınçıları tərəfindən qaçırılmış və Sibirə aparılmışdır. O, növbəti beş ilini Rusiyada keçirmişdir. Bu müddət ərzində İrkutsk şəhərində olmuş, Yaponiya haqqında olan xəritələri və sənədləri gizlicə məhv etmişdir. Yakutskda həkim köməkçisi kimi işləyərkən çiçək xəstəliyi vaksininin effektləri ilə tanış olmuşdur. 1812-ci ildə rus səyyah Vasili Qolovnin ilə birlikdə Yaponiyaya səyahət etmişdir. Qolovnin Kunaşir adasında olanda yaponlar tərəfindən əsir götürülmüş və nəticədə, Nakaqava azadlığına qovuşmuşdur. O, Rusiya haqqında hesabat yazmış və 1824, 1835 və 1842-ci illərdə Yaponiyada baş vermiş çiçək xəstəliyi epidemiyaları zamanı Rusiyada əldə etdiyi tibbi biliklərdən istifadə etmişdir. Daha sonra Matsumae hanı tərəfindən işə götürülmüşdür.
Qaraçı (Xaçmaz)
Qaraçı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə yaşayanların sayı 785 nəfər olmaqla, azərbaycanlılardan ibarətdir. Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qaraçı (dəqiqləşdirmə)
Qaraçılar — Hind-Avropa mənşəli köçəri xalq
Qaraçı (titul)
Qaraçı — XV–XVIII əsrlərdə türk xalqları arasında ən ali feodal titullardan biri. Bu, Yaxın Şərq və Orta Şərqdə işlədilən vəzir titulu ilə eynidir. "Qaraçı" titulundan Krım xanlığında, Sibir xanlığında, Böyük Noqay Ordasında, Qazan xanlığında və digər dövlətlərdə istifadə edilirdi. "Qaraçı" ünvanı, adətən, Şirin, Barğın, Arğın və Qıpçaq tayfalarının adamlarına verilirdi. Bu dörd tayfa Krım xanlığının idarə olunmasında iştirak edən və Çingiz xanın soyundan gəlməyən əsas tayfalar idi. Bəzi mənbələrə görə, Çingiz xan və bir çox qardaşları “Qaraça, Qara Tatar, Xaraçın” alt qrupundan idilər. Bu ad həm də Çingizlə bağlı ifadədən götürülüb. Tatar xalqında belə bir məsəl var: “Ağıllı qaraçı ağıllı insanı xan edər”. Bəylərbəyi Новосельский А. А. «Борьба Московского государства с татарами в XVII веке», Москва 1948 Скрынников Р. Г. «Ермак», Москва 2008. Шамильоглу Ю. «Карачи-беи» (сборник «Из истории Золотой Орды, Казань, 1993, с.
Qaraçı bayrağı
Qaraçı bayrağı (rom. O styago le romengo) — Qaraçıların milli bayrağı. 1971-ci ildə Londonda keçirilmiş Birinci Ümumdünya Qaraçı Konqresində qəbul olunub. Bayraq iki hissəyə bölünüb. Yuxarı göy hissə səmanı, aşağı yaşıl hissə isə torpağı simvolizə edir. Bayrağın mərkəzindəki çakra (təkər) isə qaraçıların hind-ari əsilli olduqlarını bildirir (bənzər çakra Hindistanın bayrağında da var).
Qaraçı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir. 2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.