Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Cem Qaraca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Gorana (Suxumi)
Gorana (keçmiş Tsuqurovka, adı 3 sentyabr 1948-ci ildə dəyişdirilib) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyyəsindən 320 m yüksəklikdəç Suxumidən 5 km. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია "საქართველო", ტ. 2, თბ., 2012. — გვ. 99.
Koraça kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Qaraca (Heris)
Qaraca (fars. قراجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,081 nəfər yaşayır (215 ailə).
Qaraca (Miyanə)
Qaraca (fars. قراجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (70 ailə).
Qaraca arıquş
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Qaraca kəsilişi
Qaraca kəsilişi Azərbaycanın dördüncü dövr sisteminin abşeron – alt xəzər çöküntülərinin klassik kəsilişi sayılır. Kəsiliş eyniadlı antiklinalın quruluşunda iştirak edərək Mingəçevir şəhərinin ətrafında yer səthinə çıxır. Burada abşeron çöküntüləri kontinental fasiya (525 m), pleystosen törəmə­ləri isə kontinental və dəniz fasiyaları (100m) ilə təmsil olunmuşdur. Bu çöküntülərdə şirin su və dəniz molyuskları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri aşkar edilmişdir.
Qaraca lilcüllüt
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.
Rasim Qaraca
Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist. Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub.
Əhməd Qaraca
Əhməd bəy Qaraca (22 sentyabr 1929, Türkiyə – 16 may 2005, Ankara) — Azərbaycanın müstəqilliyi uğrunda uzun illər boyu mücadilə aparmış böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi. Əhməd Qaraca 1929-cu il sentyabr ayının 22-də Türkiyənin Hakveyis kəndində anadan olmuşdur. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Ə.Qaracanın ailəsi 1924-cü ildə İrəvan yaxınlığındakı Persi (sonradan Buravet) kəndindən Türkiyəyə köçüb. İqdırda orta məktəbi, 1947-ci ilin yayında isə Atatürk Litseyini bitirib. Sonra Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin klassik filoloji bölümünə daxil olub. Əhməd Qaraca 1949-cu ildə yaradılan və Məhəmməd Əmin Rəsulzadə Ocağı adlandırılan Azərbaycan Kültür Dərnəyinin üzvü olub. 1955-ci ildən vəfat etdiyi günədək dərnəyin baş katibi postunu daşıyıb. Ə.Qaraca ali təhsil aldıqdan sonra əllinci illərdən başlayaraq Azərbaycan davasına qoşulmuş, Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından biri olmuşdur. Həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərmiş, "Azərbaycan" jurnalının baş yazarlığını etmişdir. Ötən əsrin 60–80-ci illərində Ə.Qaraca Sovetlər Birliyinin yürütdüyü imperiya siyasətini öz yazılarında və çıxışlarında ifşa etmiş, çoxlu sayda tədbirlərin təşkilatçısı olmuşdur.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaraca (dağ, Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Qaraca (dağ, Yevlax)
Qaraca — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağdır. Həmin rayondakı Düzdağ qəsəbəsinin şərqində Qaraca adlı sahə də vardır. Yerli məlumata görə, bu ad Qaraca adlı şəxsin adı ilə bağlıdır. Etno-toponimdir.
Qaraca dağı (Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Qaraca dağı (Yevlax)
Qaraca — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağdır. Həmin rayondakı Düzdağ qəsəbəsinin şərqində Qaraca adlı sahə də vardır. Yerli məlumata görə, bu ad Qaraca adlı şəxsin adı ilə bağlıdır. Etno-toponimdir.
Qaraca qız (balet)
Qaraca qız baleti — bəstəkar Əşrəf Abbasovun yaradıcıllığının zirvəsində yazdığı uşaq baletidir. Bu, uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatırının səhnəsində tamaşaya qoyulmuş "Qaraca qız" yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdır. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli idi. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdur. Bu balet haqqında mətbuatda yazılanlardan bəlli olur ki, "Qaraca qız" həqiqətən də klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Xüsusilə də baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi əsərə yüksək bədii zövq əks etdirən quruluş verməyə nail ola bilmişdi. Bu yaradıcılığın vəhdətindən doğan "Qaraca qız" isə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazdı. Bu baletə təkcə uşaqlar deyil, böyüklər də maraqla tamaşa edərdilər. İlk uşaq baletinin müəllifi Исай Рубенчик.
Qaraca qız (film)
Qaraca qız — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii film. Qaraca qız — Kinolentdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qaraçı qızının faciəli taleyindən danışılır. Liftçi qız — Kinolentdə gənc bir qızın — Lalənin (Xuraman Qasımova) taleyindən, həyatda ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanıb, həyatda düzgün yol tapmasından danışılır. Kinoalmanax 1) 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalı Kinoalmanax Gürcüstan LKGİ MK-nın Diplom və Prizini almışdır. Kinoalmanax iki qısametrajlı — "Liftçi qız" və "Qaraca qız" adlı filmlərdən ibarətdir. Qaraca Qız Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir. Film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Liftçi qız Film yazıçı Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilmişdir. Film rejissor Rüfət Şabanovun kinoda ilk müstəqil işidir. Film aktyor Tariyel Qasımovun kinoda ilk işidir.
İzabela Valentina Yaruqa-Novaçka
İzabela Valentina Yaruqa-Novaçka (23 avqust 1950, Qdansk – 10 aprel 2010, Smolensk) — 1993-cü ildən Polşa Milli Parlamentinin (Sejm) deputatı (1997–2001-ci illərdə dörd illik fasilə ilə) O, 2004-cü ilin mayında baş nazirin müavini təyin edilmiş və 2005-ci ilin oktyabr ayına qədər vəzifəsini icra edən polşalı siyasətçi idi. O, həmçinin 2004-cü ilin noyabrından 2005-ci ilin oktyabrına qədər sosial siyasət naziri vəzifəsində çalışıb. Pomeranya Voyvodalığının başkənti olan Baltık liman şəhəri Qdańsk'ın yerlisi olan Izabela Jaruga-Nowacka Varşova Universitetindən etnoqrafiya diplomu aldı və 1970'lerde və 80'lerde Bilim Siyasəti və Yüksək Öğrenim Enstitüsü'nde (1974–76) və Polonya Bilimler Akademiyasında Sosyalist Milletler Enstitüsü'nde (1976–86) çalıştı. Kommunist dövründə siyasi aktiv olmasa da, 1980-ci illərin sonlarına doğru Polşa Qadınları İttifaqına üzv oldu, daha sonra 1991-ci ildə Ruch Demokratyczno-Społeczny (Xalq Demokratik Hərəkatı) partiyasında fəal dövr keçirdi. 1993-cü il seçkilərində Həmkarlar İttifaqı partiyasının üzvü kimi Seymə seçildi. Sadiq feminist, Jaruga-Nowacka Seym 1993–97, Seym 2001–05, Seym 2005–07 üzvü olaraq qaldı və 2007-ci ilin oktyabrında yeni Sol və Demokratlar Partiyasından çıxış edərək dördüncü dəfə parlamentə seçildi. O, Izabela Jaruga-Nowacka və Varşavada yerləşən Polşa-Yapon İnformasiya Texnologiyaları İnstitutunun rektoru olan riyaziyyatçı Jerzy Nowacki ilə evlidir və Barbara Nowacka və Katarzyna adlı iki qızı var. Jaruga-Nowacka, 10 aprel 2010-cu ildə Rusiya Smolensk yaxınlığında Peçersk yaxınlığında Smolensk-Şimal hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin sərnişin siyahısında idi. 16 aprel 2010-cu ildə Jaruqa-Novacka ölümündən sonra Polonia Restituta Ulduz və Komandir Xaçı ilə təltif edilmişdir.
Krasnaya Qorka (Arxangel)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 9 km, kənd sovetliyindən (Qızıl Ezem):12 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 11 km.
Krasnaya Qorka (Bakalı)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 24 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (80 %) üstünlük təşkil edir.
Qaraca qız (film, 1966)
Qaraca qız — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii film. Qaraca qız — Kinolentdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qaraçı qızının faciəli taleyindən danışılır. Liftçi qız — Kinolentdə gənc bir qızın — Lalənin (Xuraman Qasımova) taleyindən, həyatda ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanıb, həyatda düzgün yol tapmasından danışılır. Kinoalmanax 1) 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalı Kinoalmanax Gürcüstan LKGİ MK-nın Diplom və Prizini almışdır. Kinoalmanax iki qısametrajlı — "Liftçi qız" və "Qaraca qız" adlı filmlərdən ibarətdir. Qaraca Qız Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir. Film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Liftçi qız Film yazıçı Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilmişdir. Film rejissor Rüfət Şabanovun kinoda ilk müstəqil işidir. Film aktyor Tariyel Qasımovun kinoda ilk işidir.