Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andrey Qromıko
Andrey Qromıko (rus. Громыко, Андрей Андреевич, 5 (18) iyul 1909, Starıe Qromıki[d], Qomel qəzası[d], Mogilyov quberniyası[d], Rusiya imperiyası – 2 iyul 1989, Moskva) — SSRİ-nin tanınmış dövlət xadimi, SSRİ dövrünün görkəmli diplomatı. SSRİ-nin xarici işlər naziri. == Həyatı == Andrey Qromıko 18 iyul 1909-cu ildə Qomel vilayətinin ucqar bir kəndində anadan olub. Andrey Qromıkonun siyasi karyerasının başlanğıcının maraqlı tarixçəsi var. 30-cu illərdə SSRİ Xalq Xarici İşlər Komissarlığında Stalin tərəfindən aparılan represiyalar və təmizləmələrdən sonra bu quruma yeni kadrların cəlb olunması məsələsi Molotova həvalə olunub. Molotov ciddi seçimlərdən sonra namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin siyahını nəzərdən keçirərkən Qromıkonun adı üzərində dayanıb: "Bu soyad mənim xoşuma gəlir". Beləliklə, Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb. Andrey Qromıko qısa bir müddət ərzində öz işinin bilicisi kimi tanınıb, Kremlin etibar edəcəyi siyasətçi kimi dövlətin siyasi kursunun müəyyənləşdirilməsində əsas söz sahiblərindən birinə çevrilib.
David Fromkin
David Fromkin (27 avqust 1932, Miluoki, Viskonsin – 11 iyun 2017, Manhetten, Nyu-York ştatı) — ABŞ tarixçisi. == Başlıca Əsərləri == A Peace to End All Peace: Creating the Modern Middle East 1914–1922 (1989) ISBN 0-8050-0857-8, ISBN 0-8050-6884-8 (paperback). "Britain, France, and the Diplomatic Agreements." In The Creation of Iraq, 1914–1921, ed. Reeva Spector Simon and Eleanor H. Tejirian, 134–145. New York: Columbia University Press, 2004. Europe's Last Summer: Who started the Great War in 1914? (2004) ISBN 0-375-41156-9, ISBN 0–375-72575-X (paperback). In the Time of the Americans: FDR, Truman, Eisenhower, Marshall, MacArthur, The Generation That Changed America's Role in the World (1995) ISBN 0-394-58901-7, ISBN 0-679-76728-2 (paperback). The Independence of Nations (1981). Praeger, New York City, ISBN 0-03-059777-3.
Covanni Qronki
Covanni Qronki (10 sentyabr 1887[…], Pontedera kommunası[d], Toskana – 17 oktyabr 1978[…], Roma) — İtaliyanın üçüncü prezindenti (11 may 1955 – 11 may 1962). Xristian-Demokrat partiyasını təmsil edib.