Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pyotr Qruzinski
Knyaz Pyotr Petroviç Qruzinski (Baqration Qruzinski; gürc. პეტრე პეტრეს ძე გრუზინსკი (ბაგრატიონ-გრუზინსკი); 28 mart 1920, Tiflis – 13 avqust 1984, Tbilisi) — Baqrationi Evinin rəhbəri (1939-1984), sonuncu gürcü çarı XII Georgi sülaləsi nümayəndəsi, gürcü sovet ssenaristi, şairi, tərcüməçisi, kinoaktyoru, Gürcüstan SSR-nin əməkdar artisti (1979). Pyotr Baqrationilər nəslindəndir. O, knyaz Pyotr Aleksandroviç Qruzinskinin (1888-1922) və knyagina Tamara Aleksandrovna Dekanozişvilinin (1897-1977) oğludur. Ərinin ölümündən sonra Tamara iki dəfə Gürcüstandan sürgün edilib (böyük oğlu Konstantinin ölümü zamanı Başqırdıstanda sürgündə idi). 1920-ci il martın 28-də Tiflisdə anadan olmasına baxmayaraq, Qruzinskiyə doğum haqqında şəhadətnamə yalnız 1922-ci ildə, atasının ölümündən sonra verilib. Bu fakt, David Baqrationi-Muxranski vəkil vasitəsilə Pyotrun və onun nəslinin əsl soyadının Sixarulidze olduğunu və onların Baqrationu ailəsinə aid olmadığını elan edikdən sonra 2019-cu ildə məhkəmə prosesinin predmetinə çevrilib. Pyotr Tiflisdəki 5 saylı dəmir yolu məktəbini bitirdikdən sonra 1937-ci ildə Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsinin almanşünaslıq bölməsinə daxil olur və daha sonra gürcü filologiyası şöbəsinə keçid edir. 1941-ci ildə buraxılış imtahanlarını verməsinə baxmayaraq, lakin ona diplomunu müdafiə etməyə icazə verilmədi. Böyük qardaşı Konstantinin ölümündən sonra 1939-cu ildən ömrünün sonuna kimi o, Gürcüstanın sonuncu kralı XII Georginin nəslinin ən böyüyü idi.
Grazina Zayac
Qrajina Zayonts (pol. Grażyna Zając; 1959, Labovis[d], Kiçik Polşa voyevodluğu[d]) — polyak türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor. Qrajina Zayonts 1959-cu ildə Polşada, Karpat dağlarının quzeyindəki Labova rayonunun Labovis (Labowiec) adlı küçük bir kənddə doğulmuşdur. Anası polyak dili və ədəbiyyatı müəllimi, atası meşə mühəndisi olmuşdur. Orta məktəbin ilk üç yılını Labovis, son beş ilini Labova (Labowa) qəsəbəsində oxuduqdan sonra 1974-1978-ci illərdə Novı Sonc (Nowy Sacz) şəhərində lisey bitirmişdir. Liseydən məzun olduqdan sonar Krakov Yagellon Universiteti (Uniwersytet Jagiellonski) Şərq Dilləri İnstitutuna qəbul olunmuş və Türkoloji bölümündə təhsil almışdır. 1981-ci ildə burs qazanaraq İstanbul Universiteti nəzdində Türk dili və kültürü ilə bağlı yay kurslarına qatılmışdır. 1983-cü ildə Jan Ciopinski rəhbərliyi ilə Əhməd Həmdi Tanpınarın yaradıcılığı ilə bağlı magistr dissertasiyasını uğurla tamamlayaraq Şərq Dilləri İnstitutunda müəllimliyə başlamışdır. 1993-1995-ci illərdə Ankarada doktorantura təhsili almışdır. 1995-ci ildə “Orxan Kamalın həyatı və əsərləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır.