Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quberniya
Quberniya (qubernator sözündən, lat. gubernator ← q.yun. κυβερνήτης "sükançı") — Rusiyada ən yüksək inzibati-ərazi bölgüsü (Rusiya çarlığı, Rusiya imperiyası, Rusiya Respublikası, RSFSR), eyni zamanda UXR, Ukrayna dövləti və Ukrayna SSR-də. Vilayət başçısı qubernatordur. 1708-ci ilə qədər Rusiya dövlətinin ərazisi müxtəlif ölçülü və statuslu bölgələrə (keçmiş knyazlıq torpaqları, mülklər, sərəncamlar və s.) və sıralara ayrılırdı. İlk 8 vilayət Regional İslahatlar zamanı, I Pyotrun 18 (29) 1708-ci il tarixli fərmanı ilə yaradıldı: İnqermanlad (1710-cu ildə Sankt-Peterburqa çevrilmişdir) — I Aleksandr Menşikov rəhbərlik etdi; Moskva — Tixon Nikitiç Streşnev; Arxanqeloqorod — Pyotr Qolitsın; Smolensk — Pyotr Saltıkov; Kiyev — Dmitri Qolitsın; Kazan — Pyotr Apraksin; Azov — Fyodr Apraksin; Sibir — Matvey Qaqarin. Quberniya inzibati-ərazi vahidi 1708-ci ildə yaranıb, 1917-ci ilədək fəaliyyət göstərib. Тархов С. А. Историческая эволюция административно-территориального и политического деления России (Полностью статья опубликована в книге: Регионализация и развитие России: географические процессы и проблемы / Под редакцией А. И. Трейвиша и С. С. Артоболевского. Москва, Эдиториал УРСС, 2001, с.
Spiro Quberina
Spiro Quberina (1 mart 1933, Şibenik – 27 noyabr 2020, Zaqreb) - Xorvatiya aktyoru. Spiro Quberina 1 mart 1933-cü ildə Xorvatiyanın Şibenik şəhərində anadan olub. Şibenik Milli Teatrında ilk rolunu oynayanda o, hələ lisey şagirdi idi. Orta təhsilini bitirən Quberina 1970-ci ildə Zaqreb Dramatik Sənətlər Akademiyasını bitirdi. Bundan sonra təqaüdə çıxdığı 1999-cu ilə qədər Zaqrebdəki Xorvatiya Milli Teatrında davamlı olaraq tamaşalarda rol oynadı. Teatr, kino və televiziya sahəsində rolları müvəffəqiyyətlə oynamış, spesifik nitqə əsaslanan xarakter komediyalarında üstün olmuşdur. Ranko Marinkoviçin, İvo Breşanın, Marin Drjiçin və digər yazıçıların əsərlərində müstəsna bir müvəffəqiyyət qazandı və xüsusilə də, radio-televiziya seriallarında da rol aldı: Divaç ("Dilənçilər və Oğullar", İvan Raos), Strikan ("Velo misto", Milyenko Smoye), Oçenaşek ("Oçenaşekin gündəliyi", Vyekoslav Mayer) və s. rollar Quberinanın əvəzsiz rolları idi. Bundan başqa, dublyajçılıq da edən Quberina "Asteriks Sezara qarşı" filmində Obeliksi və "Mune: Ay gözətçisi" filmində Yuneni xorvat dilindəki dublyajda səsləndirmişdi. Fəaliyyətinə yüzlərlə tamaşalar və onlarla filmlər sığdıran Spiro Quberina 27 noyabr 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində dünyasını dəyişib.
Tiflis (quberniya)
Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu. Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər. 1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.
Quberniya (Rusiya)
Quberniya (qubernator sözündən, lat. gubernator ← q.yun. κυβερνήτης "sükançı") — Rusiyada ən yüksək inzibati-ərazi bölgüsü (Rusiya çarlığı, Rusiya imperiyası, Rusiya Respublikası, RSFSR), eyni zamanda UXR, Ukrayna dövləti və Ukrayna SSR-də. Vilayət başçısı qubernatordur. == I Pyotr zamanı ilk bölgü == 1708-ci ilə qədər Rusiya dövlətinin ərazisi müxtəlif ölçülü və statuslu bölgələrə (keçmiş knyazlıq torpaqları, mülklər, sərəncamlar və s.) və sıralara ayrılırdı. İlk 8 vilayət Regional İslahatlar zamanı, I Pyotrun 18 (29) 1708-ci il tarixli fərmanı ilə yaradıldı: İnqermanlad (1710-cu ildə Sankt-Peterburqa çevrilmişdir) — I Aleksandr Menşikov rəhbərlik etdi; Moskva — Tixon Nikitiç Streşnev; Arxanqeloqorod — Pyotr Qolitsın; Smolensk — Pyotr Saltıkov; Kiyev — Dmitri Qolitsın; Kazan — Pyotr Apraksin; Azov — Fyodr Apraksin; Sibir — Matvey Qaqarin. == Tarixi == Quberniya inzibati-ərazi vahidi 1708-ci ildə yaranıb, 1917-ci ilədək fəaliyyət göstərib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Тархов С. А. Историческая эволюция административно-территориального и политического деления России (Полностью статья опубликована в книге: Регионализация и развитие России: географические процессы и проблемы / Под редакцией А. И. Трейвиша и С. С. Артоболевского. Москва, Эдиториал УРСС, 2001, с.
Quberniya (televiziya kanalı)
İrəvan Quberniya Ruhani Məclisi
İrəvan Quberniya Ruhani Məclisi — Qafqaz Müsəlmanları İdarəsinin nəzdində İrəvan quberniyasında idarə. İrəvan Quberniya Ruhani Məclisi 1829-cu ildə yaranmışdı. İrəvan şəhərində Göy məsciddə yerləşirdi. Məclis bir rəis və bir neçə üzvüdən ibarət idi. İrəvan Quberniya Ruhani Məclisi quberniyanın Aleksandropol, Naxçıvan, Novobayazet, Sürməli, Şərur-Dərələyəz, İrəvan,Eçmiədzin və Ordubad qəzalarının müsəlmanlarına xidmət edirdi. Qəza qazılarını, Şəhər və kənd prixod axundlarını təyin edir, imtahan götürürdü. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan vəqf torpaqlarını idarə edir, icarəyə verirdi. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan məscid, türbə, zaviyyə və digər dini tikiləri inşa və təmir edirdi. Şəhərdə məclisin nəzdindəki məscidlər: Göy məscid, Novruzəlibəy məscidi, Günnüklü məscid, Hüseynəli məscidi, Qala məscidi, Hacıbəyim məscidi, Şəhər məscidi, Zalxan məscidi. İrəvan Quberniya Ruhani Məclisi quberniyada yaşayan müsəlmanların doğum və vəfat qeydlərini aparırdı.
Hubertia
Hubertia (lat. Hubertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.