Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olea cajetana
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Mariya Qaetana Aqnesi
Mariya Qaetana Aqnesi(it. Maria Gaetana Agnesi; 16 may 1718, Milan — 9 yanvar 1799) — italyan riyaziyyatçısı və filosofu. == Həyatı == Mariya Qaetana Aqnesi üç qadınla evlənmiş atası Pietronun 21 uşağının ən böyüyü idi. O, 16 may 1718-ci ildə Milanda anadan olub. Aqnesi bacı və qardaşlarına qulluq etmiş, həm də onların təhsilinə köməkçi olmuşdu. Atası Pietro zəngin idi və ipək ticarəti ilə məşğul olurdu. Buna görə də Mariya Qaetananın ən seçilmiş müəllmlər tərəfindən təhsil almasını təmin etmişdi. Mariya Qaetana çox gənc yaşında üstün səviyyədə dil öyrənmə qabiliyyətini göstərir. Hələ 9 yaşındaykən qadınların yüksək təhsil almasını dəstəkləyən bir mühakiməni (diskurs) böyük uğurla latın dilinə tərcümə edə bilmişdi. Mariya Qaetana 13 yaşında yunan, ibri, fransız, ispan və alman dillərini mükəmməl şəkildə öyrənə bilmişdi.