Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gərmətük
Gərmətük — Azərbaycan Respublikasının Lənkəran rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Lənkəran çayının sahilində, Lənkəran ovalığındadır. Oykonim yerli əhali tərəfindən Qamətük şəklində tələffüz edilir. Yaşayış məntəqəsinin adı talış dilindəki «qam» (isti) və «tük» (bicarlıq, çəltik əkilən yer) sözlərindən düzəlib (burada -ə bitişdirici saitdir), "isti yerdə çəltik sahəsi" deməkdir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Gərmətük bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.