Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəkkən sultanlıqları
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad. Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar. 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur. Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
Dəkkən yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Jozef Deken
Jozef Deken (fr. Joseph Decaisne, 7 mart 1807[…], Brüssel[d] və ya Brüssel – 8 fevral 1882[…], Paris) — Belçika mənşəli fransız botaniki. == Çap olunmuş əsas əsərləri == Maison rustique du XIX siècle. Encyclopédie d’horticulture pratique, cours de jardinage, rédigé sous la direction de M. Decaisne (1836). Recherches anatomiques et physiologiques sur la garance, sur le développement de la matière colorante dans cette plante, sur sa culture et sa préparation, suivies de l’examen botanique du genre Rubia et de ses espèces (1837). Histoire de la maladie des pommes de terre en 1845 (1846). Flore élémentaire des jardins et des champs, accompagnée de clefs analytiques et d’un vocabulaire des termes techniques, par Emmanuel Le Maout et J. Decaisne (2 volumes, 1855). Le Jardin fruitier du Muséum, ou Iconographie de toutes les espèces et variétés d’arbres fruitiers cultivés dans cet établissement avec leur description, leur histoire, leur synonymie (9 volumes, 1858–1875). Manuel de l’amateur des jardins, traité général d’horticulture, par MM. Jh Decaisne, Ch. Naudin (4 volumes, 1862–1871).
Səfəvi–Dəkkən münasibətləri
Səfəvi-Dəkkən əlaqələri — Səfəvi dövləti ilə Dəkkən sultanlıqları arasında ikitərəfli münasibətlər nəzərdə tutulur. Dəkkən sultanlıqlarının çoxu elə şiə sülalər tərəfindən idarə edilirdilər. Bu sülalələrdən ən aktivi və ən güclüsü olan Qütbşahlar və ya digər adları ilə Adilşahlar elə Qaraqoyunlular nəslindən gəlməkdə idilər və bunu öz məktublarında da xüsusi fəxr mənbəyi kimi bildirmişdilər. Dəkkəndə bir neçə şiə dövlətinin yaradılması ilə Səfəvi imperiyası özünü şiə dünyasının ortasında olduğunun fərqinə vardı. Səfəvi sarayına digər şiə dövlətləri tərəfindən dövlətçilik sahəsində bələdçi kimi yanaşır və ondan "qəzəbli sünni dünyası"na qarşı qorunma istəyirdilər. Bu sultanlıqlar müasir mərkəzi və qərbi Hindistanda XVI əsrdə Bəhməni sultanlığının parçalanmasından sonra meydana çıxmışdı və əsas sahil xəttlərinə nəzarət etməkdə idilər. Bu sultanlıqlardan ikisi Əhmədnaqar və Qolkonda sultanlıqları I Şah İsmayılın müvafiq addımından sonra onlar da şiəliyi dövlətin rəsmi məzhəbi elan etdilər. Lakin buna baxmayaraq, Qaraqoyunlu sülaləsindən olan Sultanqulu Baharlu babaları olan Qara Məhəmmədlə Qara Yusifin şiəliyi Şah İsmayıldan daha əvvəl qəbul etməsi ilə fəxr edirdi. O, deyirdi: İsmayılın keçmiş tərəfdarı, Hindistanda yaşayan Şah Tahir Hüseyni bu torpaqlarda şiəliyin güclənməsinə kömək etdi. Başqa bir sultanlığın hökmdarları, Bicapur sultanlığının Adili şahları növbə ilə özlərini ya sünni, ya da şiə elan etsələr də, tez-tez xütbələri Moğal imperatorlarının deyil, Səfəvi şahlarının adlarına oxumağı əmr etdilər.