Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bidens diversa
Bidens diversa (lat. Bidens diversa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Dimitra Asilian
Dimitra Asilian (d. 10 iyul 1972) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Dimitra Asilian, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. == Botaniki təsviri == Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.