Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dissimilyasiya (dilçilik)
Dissimilyasiya və ya səs fərqləşməsi — səs uyuşması hadisəsinin əksinədir. Səs fərqləşməsi hadisəsində bir səs başqa səsə təsir göstərərək onu öz məxrəcindən uzaqlaşdırır. == Təsnifi == Səs fərqləşməsi hadisəsi də asan məxrəc, yəni tələffüzün asanlaşdırılması prinsipindən irəli gəlir. Azərbaycan dilindəki r samiti kipləşən-titrək yuvaq samitidir. Bu samiti tələffüz edərkən dilin ucu təxminən üç dəfə dönür. Azərbaycan dilindəki zərər sözü ayrıca işləndikdə zərəl kimi tələffüz edilir. Sözdə iki r samitinin tələffüzü çətinlik törətdiyi üçün ikinci r dilönü-dişarxası l samitinə çevrilmişdir. Azərbaycan dilindəki qaralmaq, saralmaq sözləri yazılı abidələrdə qararmaq, sararmaq şəklində işlənmişdir. Burada da səs fərqləşməsi hadisəsi baş verib. Bu sözlərdəki r>l əvəzlənməsi yazılı ədəbi dilin normasına çevrilmiş, yazıda orfoqrafik norma kimi qəbul edilmişdir.