Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blijnıy adası
Blijnıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasının şimalında Fiqurnıy burnundan 300 m aralıda yerləşir. Bir qədər uzunsov formaya malikdir. Uzunluğu 1,8 km, eni 1,3 m təşkil edir. Adanın səthi hamardır. Mərkəzi hissəsində 47 metr hündürlüyə sahibdir. Adada göl və çay yoxdur. Blijnıy adasından şərqdə Kosistıy adası, 500 m şimal-şərqdə Sredniy adası yerləşir.
Dlinnaya dili
Dlinnaya dili — dil Laptevlər dənizi akvatoriyasında qərarlaşır. Faktiki olaraq dörd tərəfdən su ilə əhatə olunduğundan adadır. Vaxtı ikən Suslova yarımadasının qutaracağında yerləşirdi. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində qərarlaşır.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Dinnik gürzəsi
Dinnik gürzəsi (Vipera dinniki) — Əsl gürzələr cinsinə aid ilan növü. Rus zooloqu Nikolay Yakovleviçin şərəfinə adlandırılmışdır (1847–1917). == Görünüşü == Dinnik gürzəsi 500–550 mm uzunluğa malik olur. Quyruğu isə 30–80 mm-dir. Bədənin üzəri boz-yaşıl, narıncı, və qəhvəyi rəng calarlarında olur. == Yayılması == Dinnik gürzəsi Böyük Qafqazın yüksək dağlıq ərazilərində yayılmışlar. Onlara Rusiya, Gürcüstan və Azərbaycanda yayılmışlar. Azərbaycanda Zaqatala Dövlət Təbiət qoruğu ərazisində rast gəlinə bilər. == Həyat tərzi == Dinnik gürzəsi qafqaz gürzəsinfən fərqli olaraq düzən ərazilərdə yayılmışlar. Onlara əsasən 1500 metrdən 3000 m hündürlüyə qədər olan ərazilərdə rast gəlinir.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…] və ya 12 (23) may 1707, Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. == Həyatı == 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Dlinnaya dili (Proxodnaya)
Dlinnaya dili — dil Laptevlər dənizi akvatoriyasında qərarlaşır. Faktiki olaraq dörd tərəfdən su ilə əhatə olunduğundan adadır. Dlinnaya dili laqunu sanki bağlayır. Bura Krutixa çayı axır. Dil Fiqurnaya dili ilə Nemçova burnu arasında qərarlaşır. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində qərarlaşır.
Karl Linney (kiçik)
Karl Linney (kiçik) (isv. Carl von Linné d.y., lat. Carolus Linnaeus filius, 20 yanvar 1741[…] – 1 noyabr 1783[…], Uppsala[d]) — İsveç həkimi və təbiətçisi (botanik); Karl Linneyin oğlu (isv. Carl Linné, Carl von Linné, lat. Carolus Linnaeus, 1707–1778).