Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anton Povolnı
Anton Povolnı (alm. Anton Powolny‎; 29 avqust 1899, Vyana – 1961, Vyana) — Avstriyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Karyera == Əsl peşəsi polis olan Povolnı, futbol oynamağa Vyananın " Avstriya" klubunda başlayır. 1916-cı ildə komandanın əsas heyətində debüt edir. "Avstriya"dakı futbolçuların əksəriyyətinin Birinci Dünya Müharibəsinə yollanması onun əsas heyətdə möhkəmlənməsinə kömək olur. 1921-ci ildə Povolnyı Avstriya ikinci divizionunda yarışan "Ober Sent Veyt" klubuna, oradan da bir neçə ay sonra 1921/22 mövsümündə ilk çempionluğunu qazandığı "Viner Şport Klub" komandasına keçir. 1924-cü ildə "Viner Alf" komandasına transfer olunur. Ancaq burada çox qalmır və İtaliyanın "Recana" klubuna transfer olunur. Burada ilk mövsumundə 22 oyuna 15 qol vurur.