Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doqana
Doqana (it. Dogana, gömrük) — San-Marino şəhəri, Serravalle şəhər-kommunanın ərazində yerləşir. Ölkənin ən çox insan yaşayan şəhəridir (7000 nəfər). Şəhər San-Marinonun şimal-şərq hissəsində yerləşir və Falçanodan sonra ölkənin ən şimal yaşayış məntəqəsidir. Doqana İtaliya ilə sərhəddədir. Şəhərin sərhədləri içərisində Koriano kommunasının Çerasolo prixodu da yerləşir. Şəhərdə sərhəd məntəqəsi var, amma bu məntəqədə yoxlama ləğv edilib. 2006-cı ildə Doqana Serravallenin tərkibindən çıxıb müstəqil şəhər-kommunaya (it. castello, qəsr) çevrilməyə cəhd etmişdir, amma 2007-ci ildə mövcud vəziyyətin qorunub saxlanılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Doqanaya Serravallenin poçt indeksindən fərqli bir indeks verilmişdir (47899 yerinə 47891).
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.