Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brayan Kobilka
Brayan Kobilka – (30 may 1955, Litl-Fols (şəhər, Minnesota), Minnesota) amerikalı kristalloqraf, “G zülalı ilə əlaqəli reseptorlar üzərində apardığı tədqiqatlara görə” 2012-ci il Kimya üzrə Nobel Mükafatı laureatı (Robert Lefkoviç ilə bərabər), ABŞ Milli Elmlər Akademiyasının üzvü (2011-ci ildən), tibb elmləri doktoru, Stenford Universitetinin professorudur. == Bioqrafiyası == Brayan Kobilka 30 may 1955-ci ildə Little Falls şəhərində anadan olmuşdur. O, Minnesota ştatının Dulut Universitetini bitirmiş və orada bakalavr dərəcəsi almışdır. Daha sonra Yel Universitetinin Tibb Fakültəsini yüksək göstəricilərlə oxuyaraq fərqlənmə diplomu ilə başa vurmuşdur. Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Fakültəsində rezidenturanı bitirdikdən sonra Dyuk Universitetində Robert Lefkoviçin rəhbərliyi altında tədqiqatçı kimi işə başlamışdır. Orada β2-adrenergik reseptorların klonlaşdırılmasını həyata keçirmişdir. 1989-cu ildə Stenford Universitetiə köçmüşdür. 1987-2003-cü illər arasında Hovard Hughes Tibb İnstitutunda elmi işçisi kimi işləmişdir. Brayan Kobilka, G zülalı ilə əlaqəli reseptorların strukturu və funksionallığı ilə bağlı aparmış olduğu tədqiqatları ilə məşhurlaşmışdır. Xüsusilə, B.Kobilka qrupu β2-adrenergik reseptorların molekulyar strukturunu təyin edə bilmişdir.