Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Droeda Yunayted FK
Droeda Yunayted (irl. Cumann Peile Dhroichead Átha Aontaithe) — hazırda İrlandiya Liqasının Premyer Liqasında oynayan İrlandiyanın futbol klubudur. Bu klub 1979-cu ildən bəri Droqhedadan Laut qraflığını təmsil edir və ev oyunlarını Yunayted Parkda keçirir. Hazırkı klub şəhərdə iki keçmiş klubun birləşməsindən ibarətdir: 1919-cu ildə yaradılmış liqada çıxış etməyən Droeda Yunayted və 1962-ci ildə yaradılmış Drogheda F.K-nun. == Emblem == Emblemdəki ay və ulduz xüsusi diqqət çəkir. Beləki, İrlandiyada Böyük Aclıq yaşanan zaman Osmanlı sultanı I Əbdülməcid Droeda şəhərinə ərzaq göndərir. Bu səbəbəb görə də 1975-ci ildə klub yaradılarkən onun loqosuna ay və ulduz təsviri yerləşdirilmişdir.