Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Britt Dahlen
Britt Marqareta Dahlen (isveçcə:Britt Dahlén) - İsveçli müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Britt İsveçin Örebro şəhərində doğulmuşdur. Karyerasına ifaçılıq ilə başlamışdır. Onun seçilən mahnısı "Try Me" mahnısı İsveç və Yaponiya kimi ölkələrdə məşhurluq qazanmışdır. Həmçinin, "Into The Night" və "Love Me Forever" mahnıları seçilən mahnılarının sırasındadır.
Rahət İsayev
Rahət Rafət oğlu İsayev (26 dekabr 2000, Əliabad, Biləsuvar rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahət İsayev 2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-2018-ci illərdə M. Piriyev adına Əliabad kənd tam orta məktəbdə təhsil alıb. Sabirabad Dövlət Kollecinin "Arxiv işi və Karguzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Subay idi. == Hərbi xidməti == Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Kəşfiyyatçı atıcı idi. Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.
Hermann Dahlen fon Orlaburq
Hermann Dahlen fon Orlaburq (10 yanvar 1828, Kоşitsе, Macarıstan krallığı – 15 noyabr 1887, Vyana) — Avstriya siyasi xadimi. 1881-1882-ci illərdə Bosniya və Herseqovinanın Avstriya hərbi qubernatoru idi.