Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dubrovnik
Dubrovnik — Dalmaçiya regionunda, Adriatik dənizinin sahilində yerləşən Xorvatiya şəhəri. Bu şəhər Dubrovnik–Neretva qraflığının mərkəzi və dəniz limanı, Aralıq dənizi sahilində məşhur turizm mərkəzlərindən biridir. Şəhərin ümumi əhalisi 2011-ci il siyahıyaalmasına əsasən, 42,615 nəfərdir. 1979-cu ildə Dubrovnik şəhəri YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edilib. Dubrovnik şəhərinin inkişafı tarixən dəniz ticarəti əsasənda qurulub. Dəniz respublikası Raqusanın paytaxtı kimi bu şəhər xüsusilə XV və XVI əsrlər ərzində inkişafının ən yüksək səviyyəsinə çatıb. Dubrovnik öz zənginliyi və bacarıqlı diplomatiyası ilə tanınıb. Dubrovnikdə müasir turizmin başlanğıcı 1897-ci ildə burada İmperial otelinin tikintisi ilə bağlıdır. CNNGo-ya görə Dubrovnik dünyada orta əsr şəhər divarlarının qorunub saxlanıldığı 10 ən yaxşı şəhərlər sırasına daxildir. Dubrovnik Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə müharibədən qorunmaq üçün hərbisizləşdirilməsinə baxmayaraq, top atəşi nəticəsində ciddi dağıntılara məruz qalıb.
Dubrovnik Universiteti
Dubrovnik Universiteti (xorv. Sveučilište u Dubrovniku, lat. Universitas Studiorum Ragusina) — Xorvatiyanın Dubrovnik şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Vesna Vrtiprahdır. == Tarixi == Xorvatiyanın ən gənc universiteti olan Dubrovnik Universitetinin əsası 2003-cü ildə qoyulmuşdur. Belə ki, həmin ilin 1 oktyabr tarixində Xorvatiya Təhsil və Texnologiya Nazirliyinin təklifi ilə Xorvatiya Respublikasının Hökuməti yekdil qərarına əsasən Dubrovnik Universitetinin yaradılması ilə bağlı Akt qəbul edildi. Beləliklə Dubrovnik Universiteti hüquqi status əldə edir və bundan sonra 16 noyabr 2003-cü il tarixində Dubrovnik Ticarət Məhkəməsinin Qeydiyyatına daxil edilmişdir. == Tədris == Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur. == Departamentləri == Universitetin 7 departamenti var: Balıqçılıq Departamenti Elektrik Mühəndisliyi və İnformasiya Texnologiyaları Departamenti İqtisadiyyat və Biznes Departamenti Mühəndislik Departamenti Dəniz Departamenti Kütləvi Kommunikasiya Departamenti İncəsənət və Bərpa Departamenti == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanaları bunlardır: Texniki və Bio-texniki Elmlər Kitabxanası Sosial Elmlər Kitabxanası Turizm Sənədləri və İnformasiya Mərkəzi == Kontingent == 2010/2011 tədris ilində universitetdə 1,975 tələbə təhsil almışdır; müəllimlərin, peşə və elmi fəaliyyətdə məşğul olanların sayı isə 151 nəfər idi.
Dubrovnik Respublikası
Dubrovnik Respublikası (xorv. Dubrovačka republika, serb-xorv. Дубровачка Република / Dubrovačka Republika) və ya Raquza Respublikası (lat. Respublica Ragusina, it. Repubblica di Ragusa) — XIV əsrdən 1808-ci ilə qədər Adriatik dənizinin sahilində mövcud olmuş şəhər-dövlət. Respublikanın paytaxtı Dubrovnik liman şəhəri idi, bundan əlavə dövlətin ərazisinə Neumdan Kotor körfəzinə qədər Dalmasiya sahilləri, Peleşas yarımadası və Lastovo, Mlyet adaları və paytaxtın ətrafındakı bir sıra digər kiçik adalar daxil idi. Balkanlarda dəniz və quru ticarətinin mərkəzi kimi meydana çıxan Dubrovnik Respublikası XV–XVI əsrlərdə Osmanlı imperiyası və Avropa dövlətlərinin iqtisadi əlaqələrində əsas vasitəçilərdən birinə çevrilmiş, öz gücünün zirvəsinə çatmışdır. Əhalinin böyük əksəriyyətinin slavyanlar olmasına baxmayaraq, respublikanın ictimai-siyasi sistemi və hakim elitası İtaliyanın güclü təsiri altında idi. Respublika Napoleonun Fransa imperiyası tərəfindən fəth edilmiş və 1808-ci ildə İtaliya krallığı tərəfindən rəsmi olaraq ilhaq olunmuşdur. Bu dövrdə onun 30,000-ə yaxın əhalisi var idi, onlardan 5.000-i şəhər divarları arasında yaşayırdı.
Devid Duxovni
Devid Uilyam Duxovni və ya Duxovnıy (ing. David Duchovny; 7 avqust 1960[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyorudur. == Həyatı == Devid Uilyam Duxovni 7 avqust 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində doğulmuşdur. Anası şotland əsilli, atası Amram Duxovni (1927–2003) isə rus yəhudilərindən biri olub, bir çox ktabların müəllifidir. Amram Duxovni əvvəllər soyadındakı "x" hərfini "k" kimi yazılmasını demişdi. Lakin sonralar soyadı əvvəlki kimi yazılmağa başlandı. Oğlunun adı "David" isə yəhudi peyğəmbəri Davud peyğəmbərin sözündən götürülmüşdü. Devid Duxovn məktəbdə yaxşı oxumuş və Prinston Universitetinin pedaqoq fakultəsində təhsil almışdı. Daha sonra Yel Universitetinin aspiranturasında təhsilini davam etdrmiş və ingilis ədəbiyyat üzrə magistrliyi oxumuşdu. İlk dəfə 1987-ci ildə televiziyada yayımlanan "Löwenbräu" pivə reklamında peyda olur və cazibədarlığı sayəsində filmlərə çəkilməyə başlayır.