Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evangelista Torriçelli
Evangelista Torriçelli (it. Evangelista Torricelli; 15 oktyabr 1608[…], Roma – 25 oktyabr 1647[…], Florensiya[…]) — XVII əsrdə yaşamış İtalyan fizik və riyaziyyatçı. Toriçelli 1643-cü ildə hava təziqinin ölçmək üçün indi civəli barometr deyilən cihazı icad etmişdir. Uşaqlıq vaxtlarından dəqiq elmlərə maraq göstərməyə başlamışdır. 1627-ci ildə Roma şəhərinə getmiş və burada hidrolika elminin banilərindən olan Benedetto Kastelli ilə birlikdə işləmişdir. Benedetto Kastelli Qalileo Qalileyin tələbələrindən bir idi və Evangelista Torriçellidə 1641-ci ildən etibarən Qalileo Qalileylə məktublaşmağa başlamışdır. Həmin ildə Kastellinin məsləhətlərindən sonra Qalileo Qaliley Evangelista Torriçellini Toskana şəhərinə dəvət etdi. Torriçelli Toskana şəhərinə gəldikdən, bir neçə həftə sonra Qalileo Qaliley vəfat etdi. Toskana knyazı şəhərdə elmi işlərlə məşğul olmağı Qalileo Qalileyə tapşırmışdı, onun ölümündən sonra bu vəzifəyə Evangelista Torriçelli gətirildi. 1644-cü ildə Torriçelli tərəfindən Həndəsə və Mexanika bölmələrinə aid olan bir kitab nəşr edildi.
Evangelizm
Evangelizm — Xristianlıqda İncili təbliğ etməkdir. İsa üzərində ağırlaşmış bu xütbələrin məqsədi xristian olmayanları bu dinə dəvət etməkdir. Evangelizm yunan mənşəli sözdür və “xoş xəbərlər vermək” kimi tərcümə edilir.
Vangelis
Vangelis (yun. Βαγγέλης; tam adı Evangelos Odisseas Papatanassiu, yun. Ευάγγελος Οδυσσέας Παπαθανασίου; 29 mart 1943[…], Aqriya[d] – 17 may 2022[…], 15-ci Paris dairəsi[d], Fransa) — məşhur yunan bəstəkarı, ifaçısı və prodüseri, ilk elektron musiqi ifaçılarından biri. Bir çox məşhur filmlərin o cümlədən, Oskar mükafatı qazanmış "Chariots of Fire", həmçinin "Blade Runner", "1492: Cənnətin fəthi" və "Alexander" filmlərinin bəstəkarıdır.
Evanqeliya Xristodouluo
Evanqeliya Xristodouluo (27 sentyabr 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Evanqeliya Xristodouluo Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Krisanto Evanxelista
Krisanto Evanxelista (1 noyabr 1888 - 23 fevral 1942)—Filippin kommunisti. == Həyatı == Filippin Kommunist Partiyasının banisi Krisanto Evanxelista 1888-ci ildə Bulakan əyalətində kəndli ailəsində anadan olmuşdu. Kiçik yaşlarIndan o, zəhmətkeş xalqın ağır həyatını hiss etmiş, amansız istismarı və müstəmləkə zülmünü öz üzərində sınamışdı. Gənc yaşlarından Evanxelista Manila mətbəələrindən birində mürəttib işləmiş, fəhlə hərəkatında fəal iştirak etmişdi. O əvvəllər çapçılar ittifaqının üzvü, sonralar isə onun baş katibi olmuşdu, bu ittifaq onun rəhbərliyi altında çox keçmədən mətbəə fəhlələrinin mübariz həmkarlar ittifaqına çevrilmişdi.Evanxelista öz siyasi fəaliyyətinə millətçilərin burjua-reformist partiyasının sıralarında başlamışdı. Filippin Fəhlə konqresi–1913-cü ildə yaradılmış ilk həmkarlar ittifaqı birləşməsi bu partiyanın tə'siri altında idi. Gənc Evanxelista fəhlələr içərisində böyük nüfuza malik idi. 1919-cu ildə o, Fəhlə konqresi icraiyyə komitəsinin üzvü seçilmişdi. Reformist rəhbərlik fəhlələri öz sinfi mənafeyi uğrunda mübarizəyə çağırmırdı, dini əxlaqı və «əmək və kapitalın birləşməsini» təbliğ edirdi. Çapçılar ittifaqı fəhlə konqresində xüsusi yer tuturdusa da, lakin onun öz rəhbəri, gənc Evanxelista hələ də istiqlaliyyət uğrunda inqilabi mübarizə metodlarına qarşı çıxan millətçilər partiyasının tə'siri altında idi.
Vangelis Platellas
Vangelis Platellas (14 aprel 1988 və ya 1 dekabr 1988, Afina) — Neftçi PFK-da çıxış edən Yunanıstan futbolçusu.